Cəfəri ilə üz maskaları

Cəfəri ilə üz maskaları
Saç və Dəri baxımı
10.09.2017 196
Cəfərinin faydalarını saymaqla bitməz deyiblər. Qanı təmizləyir, bağırsaqlara və sinir sisteminə yaxşı təsir göstərir. Qansızlığa, böyrək daşlarına, təzyiqə, böyrək və qaraciyər xəstəliklərinə xeyirlidir. Kök insanlar arıqlamaq ücün istifadə edə bilərlər. Cəfərinin tərkibində C vitamini yüksəkdir. Hər gün 7 qram cəfəri yeyərək, günlük C vitamini ehtiyacınızı ödəyə bilərsiniz.



Cəfərinin toxumları belə faydalıdır. Qəbizliyə yaxşı təsir göstərir. Qadınlarda adət dövründəki sancıların və spazmaların yüngülləşməsi üçün istifadə edilə bilər.



Hepatit-B xəstələri üçün:



Yarım litr qaynayan suya 10-12 ədəd təzə cəfərini əlavə edirik. 3 dəqiqə ağzı qapalı halda, zəif odda dəmləyirik. Soyuduqdan sonra yarısını səhər yeməyindən yarım saat əvvəl, yarısını səhər yeməyindən 1 saat sonra, yerdə qalanını axşam yeməyindən yarım saat əvvəl içiirik. Hər gün təzə olmalıdır. Bunu da 15 gün ara vermədən içmək lazımdır.



Cəfəri ilə ağardıcı üz maskası:



Vəsaitlər:

1 dəstə cəfəri

Yarım stəkan qatıq



Hazırlanma qaydası:

Cəfərini ət maşınından keçirib qatığın üzərinə əlavə edirik. Qarışığı soyuducuda gözlətdikdən sonra istifadə edirik. Üzdə 10-15 dəqiqə gözlətmək lazımdır. Sonra ilıq su ilə yuyulur.



Dəriyə parlaqlıq və canlılıq verən cəfəri maskası



Vəsaitlər:

1yemək qaşığı qıyılmış cəfəri

1 yemək qaşığı bal

1 yemək qaşığı süd



Hazırlanma qaydası:

Bu vasitələri bir qabda qarışdırın, üzünüzə tətbiq edin və 20 dəqiqə gözlədin. İsti suyla durulayın və masaj edərək qurudun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!