Saçların gözəlliyi üçün 4 sadə məsləhət

Saçların gözəlliyi üçün 4 sadə məsləhət
Saç və Dəri baxımı
10.09.2017 28
Bizim verdiyimiz bu məsləhətlər sadə olsa da, saçlarınızın uzun illər ərzində sağlam və gözəl olmasını təmin edəcək.



1. Öz saç tipini müəyyənləşdir:

Əgər saçların yuyulduqdan sonra 5 gün keçsə belə, yağlanmayıbsa, deməli,
onlar qurudurlar. Normal saçları həftədə bir və ya iki dəfə yumaq olur.
Əgər siz daha çox yuyursunuzsa, deməli, yağlı saçlara sahibsiniz.



2. Saç tipinizə uyğun şampunlardan istifadə edin:

Yağlı saçlar üçün olan şampunlardan çox istifadədən qaçın. Onlar saç
dərinizin yağlılığını daha da artıra bilər. Bunun əvəzində normal saçlar
üçün şampunlardan istifadə edin. Ehtiyac olduğu təqdirdə, bu cür
şampunla hər gün yumaq olar. Tez-tez yumaq saçların itməsinə səbəb
olmur.



3. Həftədə bir dəfə yağlı maska:

Zeytun və badam yağları ilə maska saçlarınızın vəziyyətini
yaxşılaşdıracaq. Saçınızın dibini barmaqlarınızın ucu ilə masaj etməklə
saç dərinizdəki qan dövranını yaxşılaşdıra bilərsiniz. Yağlı maskaları
bir-iki saatdan çox saxlamayın.



4. Havalandırıcılardan istifadə edin:

Saç tipinizə uyğun havalandırıcılar seçin. Bu cür havalandırıcılar 20-30
dəqiqə saçda qalmalıdır. Bu zaman saç dəsmal ilə örtülməlidir. Saçları
rənglədikdən sonra intensiv müalicə üçün kollagen əsaslı
havalandırıcılardan istifadə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!