Saçlarınızı düzgün darayın

Saçlarınızı düzgün darayın
Saç və Dəri baxımı
10.09.2017 12
Saçların sağlam və parlaq olması üçün keyfiyyətli bahali kosmetik vasitələr və gündəlik salon prosedurları bəs etmir.

Nə qədər inanılmaz olsa da, saçların sağlam olması üçün ilk əvvəl
onların düzgün daranması vacibdir. Belə ki, bu prosedur gündəlik bir
prosedur olduğuna,görə onun necə baş verməsindən çox şey asılıdır.



Daranma prosesinin saçlarınıza ziyan deyil, xeyir gətirməsi üçün bir neçə qaydaya əməl etmək lazımdır:



Ən başlıca qayda saçların sulu və nəm halda daranmasının qadağan
olduğunu bilməkdir. Bu halda onlar sudan ağırlaşaraq asanlıqla zədələnir
və qırılırlar. Ümumiyyətlə isə mütəxəsisslər saçları yuyulduqdan 8 saat
sonra darnmasını məsləhət görürlər. Buna səbəb o zaman ərzində onların
təbii yaxmasının təzələnməsi və bərpa olmasıdır.



Əgər saçlarınız qısadırsa, onları dibdən uca daramaq, uzun saçları isə
uclarından başlayaraq dibə qədər daramaq lazımdır. Bir çox trixoloqlar
saçları darayıb sonradan uzərindən (dibdən-uca) sığal çəkmək lazım
olduğunu iddia edirlər. Bu prosedur ən az 40 dəfə edilməlidir(bir
darayib, bir sığal çəkmək). Bu prosedur gündə 2 dəfə edilməlidir.



Niyə bu qədər çox? Düşünəcəksiniz...



Belə ki, saçlar darandıqda baş massaj olunur, bu isə baş dərisinin qan
dövranın yaxşılaşması deməkdir, qan dövranı yaxşılaşdıqda isə
soğanaqları aktivləşdirərək saçların uzanmasına səbəb olur. Bundan əlavə
saçların dibdən uca düzgün daranması və sığallanması piy vəzilərinin
işini stimullaşdırır, dəri piyinin bütün uzunluq boyu eyni qaydada
bölüşdürülməsi saçların sağlamlığını təmin edərək, onları elastik,
möhkəm və parlaq edir. Həmçinin saçlar darandıqda üzərində və saç dibinə
qonan tozlardan azad olurlar.



Sonda isə çox önəmli olan bir məsləhət... Əgər saçlarınızın sağlam olmasını istəyirsinizsə o zaman yaş saçlarla yatmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!