Qıvrım saçlı xanımlar oxusun!

Qıvrım saçlı xanımlar oxusun!
Saç və Dəri baxımı
10.09.2017 11
Diqqət çəkici gözəllikdə bir saça sahib olmaq üçün bu məsləhətlərinə əməl edin.

 

Qıvrım saçlar üçün daraq istifadə etmək qıvrımları qırdığı üçün olduqca yanlışdır. Ehtiyacınız olan geniş dişli daraqlar barmaqlarınızdır. Qıvrım saçları darayarkən dibdən deyil, uclarından başlayaraq yuxarıya doğru daramaq lazımdır.



Beləcə ucdakı düyünləri daha asan açmış olarsınız. Daramaq işini duş alarkən saç kremi sürtdükdən sonra edin. Quruduqdan sonra daramaq saçlarınızı qıracaq və qabardacaq.

 

Duşa girmədən əvvəl saç kremi sürtün və saç örtüyü taxın. Ən sonda saçınızı yuyun. Buxar sayəsində krem daha yaxşı nüfuz edəcək. Daha canlı, parlaq buruqlara sahib olmanıza kömək edəcək.

 

Qıvrım saçlar quru olarsa, qıvrımlar istədiyiniz kimi canlı görünməz. Hər dəfə yuyanda şampun istifadə etməyin. Sadəcə su ilə durulayın, ya da uclarına saç kremi sürtün.

 

Saçdakı nəm qalsın deyə saçınızdakı kremi tamamilə yumayın.

 

Qıvrım saçları qurulayarkən dəsmal yerinə köynək istifadə edin. Dəsmal bütün suyu əmər və qabarmaya səbəb olar. Köynəyə sarıyıb nəmini alın. Qarışdıraraq qurulamayın.

 

Yuyub yaxşı quruladıqdan sonra axşam yatarkən saçlarınızı təpədən bir topuz şəkilində yığın.

 

Yağışlı günlərdə saçınızı yumayın. Yusanız da saç kremi (balzam) sürtün və su ilə qarışdırılmış  saç spreyi sıxın.

 

Mükəmməl buruqlar istəyirsinizsə,  saçınızı gecə yuyun. İstilik verərək saç şəkilləndiricilərlə ikinci gün bir az kirlənmiş saçlarda daha yaxşı nəticə əldə edərsiniz.

 

Saçınızı önə tökərək qurudun. Az istilikdə, az-az qurudun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!