Zeytun yağından maskalar

Zeytun yağından maskalar
Saç və Dəri baxımı
10.09.2017 52
Zeytun yağı bir çox xəstəliklərə dərmandır. O eyni zamanda gözəllik üçün
də əla vasitədir. Belə ki, zeytun yağından hazırlanan maskalar dərini
cavanlaşdırır, təravətləndirir, parıltı verir və nəmləndirir.



Eyni miqdarda zeytun yağını və limon şirəsini qarışdırıb, həftədə 2 dəfə üzə sürtmək, sizi qırışlardan azad edər.



Zeytun yağına iri duz əlavə edib, qarışığı əllərə və ayaqlara sürtmək, dərini hamarlaşdırıb, qocalmanın qarşısını alar.



Dırnaqları 5-10 dəqiqə isidilmiş zeytun yağında saxlayıb, sonra onlara
yod sürtmək dırnaq soyulmasının qarşısını alar və onları bərkidər.



1 yumurtanın sarısı, 2 xörək qaşığı limon şirəsi, 1 xörək qaşığı zeytun
yağı və 0,5 lt. pivəni yaxşıca qarışdırıb, saçlara 30 dəqiqəlik maska
edin. Başı yuduqdan sonra saçları limonlu su ilə yaxalayın. Bu maska tük
soğanaqlarını bərkidib, saçları parlaq edəcək.



Quru və tez qırılan saçlar üçün növbəti maskanı sınaya bilərsən: 70 qr.
zeytun və 5 damcı lavanda yağını baş dərisinə sürtüb, polietilen
kağızla örtüb, səhərə kimi başda saxlamaq lazımdır.



Dişlərin möhkəm olması üçün barmağını zeytun yağında isladıb, damağı və dişləri yorulana kimi masaj edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!