Gəlinlər üçün toy qabağı maskalar

Gəlinlər üçün toy qabağı maskalar
Saç və Dəri baxımı
10.09.2017 28
Gözəllik salonuna getmək üçün vaxtınız və ya büdcəniz azdırsa evinizdə
hazırlayacanız maskalarla baxımlı vücuda sahib ola bilərsiniz və özünüzü
daha yaxşı hiss edə bilərsiniz.

Sakitləşdirici hamam

Vəsaitlər: Təzə nanə + duz

Hazırlanışı: Yarım litr suyu qaynadın və içinə on ədəd təzə nanə
yarpağını atıb 10 dəqiqə gözləyin. Sonra bu suyu süzərək ilıq suyla dolu
vannanın içinə bir fincan duzla birliktə tökün.

Nə işə yarayır: Nanə rahatlaşdırıcı, dinləndirici və sakitləşdirici
təsir gücünə malikdir. Duz isə cildinizi ölü dəri və hüceyrələrdən
təmizləyir.

Nə zaman etməli: Həftədə bir dəfə ya da ehtiyac hiss etdiyinizdə.

Quru cildlərə süd vannası

Vəsaitlər: Süd+duz+bal

Hazırlanışı: Boş bir plastik su şüşəsinin içində bir litr süd, bir
fincan duz və yarım fincan balı qarışdırın. Və alınan köpüklə vücudunuzu
ovun sonra yaxalayın.

Nə işə yarayır: Süd vannası dərindən təmizləyər amma cildi qurutmaz. Duz öıü dərinin təmizlənməsinə yardımcı olur.

Nə vaxt etməli: Həftədə bir dəfə

Sellülit

Sellütin əmələ gəlmə səbəbləri doğum kontrol həbləri, hamiləlik,
siqaret, hormon pozğunluğu və s.dir. Sellülitdən xilas olmaq üçün bir
sıra üsullar var.

Vəsaitlər: razyana+cirə+bibəriyyə

Hazırlanışı: Səhər 1 litr suya 1 çay qaşığı razyana, bir çay qaşığı
cirə və bir çay qaşığı bibəriyyə atın. Bu qarışığı zəif odda 5 dəqiqə
qaynadın sonra 10 dəqiqə dəmləndirin. Soyuyan qarışığı gün boyunca
limonla için. Sellülitlərinizin yox olduğunu və ya azaldığının şahidi
olacaqsınız.

Quru əllərə lasyon

Vəsaitlər: limon suyu+ zeytun yağı

Hazırlanışı: Üç damla zeytun yağıyla bir limonun suyunu qarışdırın. Bu
qarışığı əllərinizə sürtün. Yarım saat gözlədikdən sonra bir parça
pambıq ilə əllərinizi silin, ardıyca yuyun.

Nə işə yarayır: Limon suyundakı C vitamini əllərdəki ləkələr üzərində
təsirlidir. Bundan başqa ölü hüceyrələri peeling edər. Maskanın içindəki
zeytun yağı da quruluğu azaldır və cildi yumşaldır.

Nə zaman etməli: Əllərinizin quruduğunu hiss etdiyiniz vaxtlarda
istifadə edə bilərsiniz. Məsələn su ilə uzun müddət təmas etdikdən
sonra.

Dırnaqlara qulluq

Dırnaqlarınızın üzərinə sürtdüyünüz lavanta yağı dırnaqlarınızı
qoruyar. Həmçinin unutmayın ki, son anda barmaqlarınızda qızarıqlıq
olmasına əngəl olmaq üçün manikür və pedikürünüzü toydan bir gün öncə
edin. Lakınızı isə toy günü sürtə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!