Ruhunuzu rahatladacaq fərqli reseptlərlə vanna qəbulu

Ruhunuzu rahatladacaq fərqli reseptlərlə vanna qəbulu
Saç və Dəri baxımı
10.09.2017 23
Təbiətdən gələn təriflərlə vanna qəbul edin.

Vanna qəbul edərkən sizi həm fiziki, həm ruhi olaraq yaxşı hiss etdirəcək təbii düsturlarımıza nəzər salın!



Rahatladıcı vanna.

Bir neçə hazır çobanyastığı çayı paketini tənzifə bağlayaraq, krandan axan ilıq suyun altında tutun,sonra isə vannaya salın.

Bir portağalı incə dilimlər halında doğrayın və su ilə dolmuş vannaya atın.

Çobanyastığının qoxusu və portağaldan bədəninizə keçəcək olan C vitamini rahatlamanızı təmin edəcək.

Vanna jelesi.

Yarım fincan su, bir paket jelatin, yarım fincan körpə şampunu hazırlayın.



Suyu qaynadıb jelatini içində əridin.

Şampunu əlavə edərək köpürtmədən yüngülcə qarışdırın. Qarışığı soyuducuda,şüşə qabda saxlayın.

Duş qəbul edərkən suya 1-2 qaşıq əlavə edin. Bədəniniz yumşaq olar. Dəriniz hamar və elastik olar.



Yulaflı vanna duzu

2 fincan dəniz duzu, 2 fincan çay sodası(karbonat), 1 fincan çəkilmiş
yulaf, 2 disert qaşığı qurudulmuş bitki qarışığı ( gül yarpaqları,
kəklikotu ,yarpız,dazı otu və s…)

Bütün vəsaitləri mətbəx robotunda üyüdüb, vannadakı suya əlavə edin.

Bu dərinizin cavanlaşmasi və sıxlaşması üçün çox əhəmiyyətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!