Bu möcüzəvi maskalar həm müalicə edir, həm də gözəlləşdirir

Bu möcüzəvi maskalar həm müalicə edir, həm də gözəlləşdirir
Saç və Dəri baxımı
10.09.2017 78
Birinci resept (dəniz ağtikanı yağı, gil və qliserin)

Bu maskanı hazırlamaq üçün tərkibi şüşə fincanda ehtiyatla qarışdırın
(tərkibi metal əşyada qarışdırmaq olmaz). Bir çay qaşığı su, bir çay
qaşığı dəniz ağtikanı yağı, bir qaşıq qliserin ( apteklərdə satılır),
bir xörək qaşığı da kosmetik ağ gil yağı əlavə edin. Hazırlanan tərkibi
nazik qatla eyni qaydada üzünüzə çəkin və 15-20 dəqiqə saxladıqdan sonra
soyuq suyla təmiz yuyun. Proseduru bitirdikdən sonra tövsiyyə olunur
ki, üzünüzə nəmləndirici və ya qidalandıran krem çəkin.



İkinci resept (aloye və bal)

İki xörək qaşığı təzə aloye şirəsi ilə su vannasında isidilmiş bir xörək
qaşığı balı qarışdırın. Sonra isə hazırlanan maskanı boyun hissəsinə və
üzünüzə çəkin. Təxminən 15 dəqiqə saxlayın, sonra da çəkilən tərkibi
ilıq su ilə yuyun.



Üçüncü resept (banan və yulaf yarması)

Bu maska da ev şəraitində asanlıqla hazırlanır. Sizə bir bananın yarısı
lazımdır. Bananın yarısını əzin, sonra yulaf yarmasını un şəkilində
üyüdüb tərkibləri qarışdırın. Maskanı hazırladıqdan sonra təmizlənmiş üz
dərinizə çəkin, 15-20 dəqiqə saxlayın və ilıq su ilə yuyun.



Dördüncü resept (üzüm şirəsi)

Yarım stəkan təzə isidilmiş südü yarım stəkan üzüm şirəsi ilə
qarışdırın. Hazırlanan tərkibi ehtiyatla üzünüzə çəkin və 15 dəqiqə
saxlayın. Üzünüzə çəkilən maskanı ilıq suyla yuduqdan sonra müalicəvi
çobanyastığı losyonu ilə silin.



Beşinci resept (düyü və qreyfurt şirəsi)

Bir xörək qaşığı düyünü qəhvə üyüdəndə üyüdün, iki xörək qaşığı təzə
qreyfurt şirəsi və üç qaşıq süd əlavə edib tərkibləri yaxşıca
qarışdırın. Hazırlanmış maskanı üzünüzə çəkin və yarım saat saxlayın.
Sonra isə soyuq suya limon şirəsi əlavə edin və bu qarışıqla üzünüzü
yuyun.



Altıncı resept ( manna yarması və yumurtanın sarısı)

Əvvəlcə manna sıyığını süddə bişirin. Sonra iki xörək qaşığı sıyığı bir
ədəd yumurtanın sarısı və bir az da duzla şüşə fincanda qarışdırın.
Maskanı üzünüzə çəkin və yarım saat saxladıqdan sonra soyuq suya limon
şirəsi əlavə edib, bununla da yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!