Evdəki sadə vasitələrlə gözəllik təklifləri

Evdəki sadə vasitələrlə gözəllik təklifləri
Saç və Dəri baxımı
10.09.2017 36
Gözəl və cazibəli görünmək üçün kosmetik vasitələrə pul xərcləmək lazım deyil. Evimizdəki sadə vasitələrlə də gözəlləşib cazibəli ola bilərik. Boğucu makiyajlar yerinə tərtəmiz dəriyə və gülən gözlərə sahib olan makiyajsız bir üz gözəlliyin özüdür. Kosmetik məhsullar içində kimyəvi maddələr olduğundan dərimizə çox zərərlər verə bilir. Sadəcə dərimizə zərər vermir eyni zamanda xərçəng xəstəliyinin yaranmasına da səbəb olur. Bu zərərlərlə üzləşməmək üçün evdə sadə vasitələrlə gözəlləşməyin bir neçə yolunu sizə təqdim edirəm.



Ətirin qalıcı olması üçün vazelin

Əgər ətirin daha çox qalıcı olmağını istəyirsinizsə, vazelinin içinə bir qədər ətir vurun və alınan qarışığı istifadə edin. Ətir vuracağınız yerlərə (qulaq arxası, nəbz, boyun və b.) qarışığı çəkin, beləliklə, əiriniz günboyu qalıcı olacaqdır.



Dırnaqlar üçün limon

Əgər dırnaq uzadan və daim dırnaq boyası istifadə edən xanımsınızsa, dırnaq saralması və qırılması ilə tez-tez rastlaşırsınız. Həftə də bir dəfə limonla dırnaqlarınızı masaj edərək gücləndirə bilərsiniz.



Uşaq şampunu

Uşaq şampunları arasında parabensiz olanlarından makiyaj təmizləmədə istifadə edə bilərsiniz. Bir çox makiyaj təmizləyicisindən daha sağlam bir vasitədir.



Dırnaq boyasını qurutmaq üçün

Dırnaq boyasını qurutmaq üçün hazır vasitə əvəzinə buz kimi soyuq suya salıb tez çıxarmaqla onların qurumasını tezləşdə bilərsiniz.



Zeytun yağı

Xüsusilə göz makiyajınızı təmizləməkdə əvəzsiz bir vasitədir. Həm də dərinizi qidalandırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!