Hər cür dəri problemləri üçün maskalar

Hər cür dəri problemləri üçün maskalar
Saç və Dəri baxımı
10.09.2017 10
Qara nöqtələr üçün maska...



Rəndələnilmiş kartof

Dərinizdə kiçik qara nöqtələrin olduğu qisimə tətbiq edəcəyiniz kartof rəndəsi maskası, nizamlı tətbiq olunduğunda qara nöqtələrə son qoyacaq.

Maskanın tətbiqindən əvvəl dərinizi lasyon və ya adi su və sabunla təmizləyin. Daha sonra kartofu rəndələyib qara nöqtələrin olduğu bölgələrə çəkib, kürək üstü uzanın, 10-15 dəqiqə sonra yuyun, həftədə 1-2 dəfə təkrarlayın.



Darçın maskası



Şəfaverici darçın, bir çox dəri problemlərinin həlli olduğu kimi, qara nöqtə müalicəsi üçün də istifadə edilir.Bunun üçün 1 ç/q. darçın, 1 ç/q. təzə sıxılmış limon sununu qarışdırın. Xəmir halında, təmizlənmiş dərinizə tətbiq edin, 10-15 dəqiqə gözlətdikdən sonra soyuq su ilə yuyun. Nəticədən məmnun qaldınızsa nizamlı olaraq həftədə 1-2 dəfə tətbiqinə davam edin.



Bu maska isə dərini zədələnməkdən qoruyur, qara nöqtələri təmizləyir, həm də pilinq təsiri göstərir.



3 ç/q. bal

2 ç/q. qatıq

1,5 ç/q. herkules unu

Bu maskanı üzdə 10-15 dəqiqə saxlamaq lazımdır.

Göz ətrafı qırışlar üçün....



50 qr. badam yağına 10 qr. E vitamini qatın. Barmaq ucunda gözün ətrafına döyəcləyərək yedirdin. 5 dəqiqə keçdikdən sonra artıq yağı salfetə hopdurun.

Məsamələr üçün..



Həftədə 1-2 dəfə herkules və bal maskasını istifadə edin. İsti duşdan sonra tətbiqi məsləhətdir, cunku dəridəki məsamələr hamamda, isti suyun təsirindən acılır. dərini təmizləyici gellə yuyub, maskanı qoyun, 15-20 dəq. saxlayıb yuyun, bu üz dərinizi cox gözəl və sağlam edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!