Göz ətrafına təbii baxımlar

Göz ətrafına təbii baxımlar
Saç və Dəri baxımı
10.09.2017 3
Göz altındakı torbalara, şişkinliyə, göyərmələrə və göz ətrafındakı qırışlara uyğun maska və baxım təklifləri ...



Göz ətrafı, üzümüzdəki ən incə, ən həssas bölgədir. Bu səbəbdən hava şəraitindən, makiyajdan, stressdən ən çox təsirlənən yerlərin başında gəlir.



Əgər erkən yaşlardan etibarən göz ətrafınıza yaxşı baxsanız, sadaladıqlarımızın qarşısını azaltmış olarsınız. Əlbəttə zamana kimsə qarşı qoya bilməz ...



Göz ətrafı qırışıqlıqlar, göz altındakı torbalar, şişliklər və bənövşəyiliklər üçün təklif etdiyimiz praktik maskaları sınamağınızı tövsiyə edirik. Faydasını mütləq görəcəksiniz!



Göz ətrafı qırışıqlıqlar üçün:

1 x. qaşığı badamyağı, 1 x. qaşığı soya yağı və 1 x qaşığı avokado yağını qarışdırın. Hər gecə yatmadan əvvəl göz ətrafınıza yumşaq hərəkətlərlə masaj edərək sürtün. Səhər qalxdığınızda üzünüzü yuyub yumşaq bir dəsmal ilə qurulayın.



Göz altındakı torbalar üçün:

1 ədəd kartofu halqa şəklində kəsib gözlərinizə qoyun və 15-20 dəq gözlərinizi bu şəkildə istirahət etdirin. Həm gözaltlarınızdaki torbaların aradan qaldırılmasında, həm də gözlərinizdəki qızarmaların keçməsində köməkçi olacaq. Ayrıca gözlərinizdəki qızartılar üçün bir parça pambığı şəkərsiz çaya batırıb gözlərinizə kompres edə bilərsiniz.



Göz altındakı şişliklər üçün:

Bir parça buzu gözlərinizin altında sabit tutmadan, yəni gəzdirərək 5 dəqiqəyə qədər gözlədin.



Göz altındakı bənövşəyiliklər üçün:

1 ədəd xiyarı rəndələyib buzluqda buz qəliblərinin içində dondurun. Daha sonra dondurulmuş bu xiyar küplərini gözlərinizin bənövşəyi hissəsində 5 dəqiqəyə qədər gəzdirin. Digər bir üsul da, 1 ədəd kartofu rəndələyib sununu çıxardın. Bu suya batırdığınız bir parça pambıqla göz ətrafınıza kompres edin.

Gözlər qəlbin aynasıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!