Quru dəri üçün 5 təbii qida

Quru dəri üçün 5 təbii qida
Saç və Dəri baxımı
10.09.2017 13
Quru dəri problemini mətbəxdəxinizdəki ərzaqlar vasitəsilə həll edin.



1.Zeytunyağı - möcüzəvi qidadır, quru dərilərdə çox gözəl nəticələr verir. Bir çox  nəmləndiricinin tərkibində zeytun yağı var.  Bir miqdar pambığı zeytun yağının içində bir neçə dəqiqə saxlayın.  Daha sonra quru olan bölgəyə pambığı yerləşdirib bir neçə dəqiqə gözlədin və ilıq suyla durulanın.  Çox soyuq su,  ya da isti sudan  istifadə etməyin.



2. Zeytunyağı,  Limon və Duz pillinq -  1 limonun suyunu 5 yemək qaşığı dəniz duzu və 1 yemək qaşığı zeytun yağı ilə qarışdırın və əllərinizi bu qarışıqla ovxalayaraq  ilıq su ilə  durulanın. Bu qarışıq əllərinizin yumşaq olmasını təmin edəcək.



3. Bal -  birbaşa olaraq dərinin problemli bölgəsinə tətbiq oluna bilər. Dərini dərindən nəmləndirərək yumşaldır. Yumşaq hərəkətlərə problemli bölgəyə ( əl, üz, ayaqlar  ola bilər) massaj edin. 2-3 dəqiqədən sonra ilıq suyla durulanın. Suyun çox isti olmamasına diqqət yetirin.



4. Kokos yağı -  dərini nəmləndirən digər bir möcüzəvi yağdır. Dəriyə çəkmək və ya duş kreminə  qarışdıraraq istifadə edə bilərsiniz.



5. Aloye şirəsi -  həm dəriyə, həm də bir çox sağlamlıq problemində iç orqanlara faydası artıq məlumdur. Bitkinin yarpağının qırılması və içindəki mayenin çıxarılması ilə əldə edilir . Bu mayeni birbaşa olaraq quru bölgələrə tətbiq edə bilərsiniz. Bir az yapışıq məhlul olduğundan 5-10 dəqiqə sonra nəmli bir pambıqla silə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!