Saçları sürətlə necə uzatmaq olar?

Saçları sürətlə necə uzatmaq olar?
Saç və Dəri baxımı
10.09.2017 29
Saçlarınızın evdə edəcəyiniz müxtəlif vasitələrlə daha sürətli uzada biləcəyini bilirdiniz? Qadınlar xüsusilə, saçlarına böyük əhəmiyyət verirlər. Amma əgər hormonlar az işləyirsə, saçlarınız gec uzanar və normaldan çox tökülər. Gündə 150-200 saç telini normal olaraq itiririk. Saç tökülmələri, saç yanması, saça tətbiq olunan boyalar və saçın gec uzanmasına görə biz qadınlar saçlarımızı hər gün formaya salmağa, qulluq kremləri tətbiq etməyə və diqqət göstərməyə cəhd edirik. Saçlarınızı qoruyan, canlandıran və sürətli bir vaxtda uzadan bu üsulları sizlər üçün yazdım. Müxtəlif bitkilər və ədviyyatlarla hazırlayacağınız müalicələr sayəsində saçlarınız gurlaşacaq və normaldan daha sürətli uzanacaq.



2 yumurtanı 2 çay qaşığı zeytun yağı ilə qarışdırıb saçlarınıza çəkin və bir neçə saat gözlədib bitki mənşəli şampunla yuyun. Yumurta saçınızı qoruyacaq və canlandıracaq.

Aloe vera gel ilə limon suyunu qarışdırıb 30 dəqiqə saçınızda gözlədin. Daha sonra suyla yuyun.

İki soğanı doğrayın ət maşınıyla çəkin və saçınıza sürtün. Bir neçə dəqiqə saxlayın. Daha sonra suyla yuyun.

Kartofu soyub doğrayın və blenderdən keçirin. Kartofu, bir yumurtanı, 2 yemək qaşığı balla qarışdırıb saçınıza çəkin. Bir neçə saat gözləyib yuyun.

Alma sirkəsini saçınıza çəkib bir neçə saat gözləyin və ilıq suyla yuyun.



Hind yağını saç diblərinizə və uclarına masaj edərək yayın. Bir gecə saçınızda saxlayın və səhər yuyun.

Çəmən otu toxumlarını bir vedrə suda 24 saat saxlayın. Daha sonra toxumları süzüb saçınızı bu suyla yuyun.

100 qr. xına ilə 100 qr. qatığı qarışdırıb saçınıza tətbiq edin. Bir gecə saçınızda saxlayn daha sonra bitki mənşəli şampunla saçınızı yuyun.

Qara bibər toxumlarını bir gecə suda saxlayın. Ertəsi gün toxumlarla limon suyunu yaxşıca qarışdırıb saçınıza çəkin. İsti bir dəsmalla saçınızı bükün 20 dəqiqə sonra yuyun.

Hibiscus çiçəyini kokos yağı ilə qarışdırıb saçınıza çəkin. Bir neçə dəqiqə gözləyib yuyun.

Piyvəylə saçınızı yuyub daha sonra qurudun.

Acı qara bibərlə zeytun yağını qarışdırıb saçınıza masaj edin. Bir neçə dəqiqə saxlayb yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!