Yanmış saçlara qulluq

Yanmış saçlara qulluq
Saç və Dəri baxımı
10.09.2017 12
Saç boyası və tez – tez fenlənməyə məruz qalan saçlarda yanmalar müşahidə olunur. Saçın yanması dedikdə, saçqıranların saç uclarından diblərinə qədər bütün tellərə yayılması nəzərdə tutulur. Yanmış saçlara əlinizi vurduqda parça təsiri bağışlayır.

Saçın daima xaricdən müdaxiləyə məruz qalması, isidilməsi və bir anda soyudulması saçın bir müddət sonra yorulmasına səbəb olur. Saçın yorulması yanmasından öncəki mərhələdir. Bu müddətdə saç, artıq vermək istədiyiniz formanı almayacaqdır. Quruma müddətində qabaracaq və qeyri estetik bir görüntü yaradacaqdır. Saçın yanması bir anda baş verir. Yandığı vaxtda müdaxilə edə bilmiyəcəksiniz. Lakin, yanan saçlara xüsusi maska reseptləri var ki, onlar sayəsində saçınızı xilas edə bilərsiniz.



Jojoba yağı maskası:

4 yemək qaşığı jojoba yağı

2 çay qaşığı bibəriyə yağı

1 çay qaşığı Pelarqoniya çiçəyi yağı

Bütün yağları qarışdırın və nəmli saçınıza tətbiq edin. 15 dəqiqə sonra şampun ilə yuyub durulayın.



Yumurta maskası:


1 ədəd yumurta

2 çay qaşığı qayısı yağı

5 yemək qaşığı kokos yağı

Yumurtanı yaxşıca çırpın, daha sonra qalan məhsulları əlavə edin, yenə qarışdırın. Hazırladığınız maskanı saç uclarınıza çox olmaq şərtilə bütün saçınıza tətbiq edin. Saç diblərinə masaj vasitəsilə tətbiq etdiyiniz maskanı 20 dəqiqə saçınızda gözlədib şampunla yuyun.



Banan maskası:banan bal


1 ədəd banan

1 yemək qaşığı bal

Pürə halına gətiriyiniz bananın içinə balı əlavə edin və yaxşıca qarışdırın. Əldə etdiyiniz məhlulu saçınıza tətbiq edin. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyub durulayın.

Qeyd: maskaları həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!