Dərimizin dostu: Limon!

Dərimizin dostu: Limon!
Saç və Dəri baxımı
10.09.2017 11
Dərinizi təravətləndirir:

Solğun bir dəriniz varsa və tünd ləkələr sizi narahat edirsə limondan istifadə edin. Limon dərinizi təravətləndirər və parıldadar. Səhər üzünüzü yuduğunuz suya bir neçə damcı limon suyu əlavə edin və o cür yuyun.



Dişləri ağardır:

Bahalı marka kremlərin əvəzinə limonu seçə bilərsiniz. Limon suyu və karbonatı qarışdıraraq diş pastası əldə edə bilərsiniz.



Yağlı dəriyə və qara nöqtələrə son:

Limon dərinizdəki yağı əmər. Bir parça pambığa bir neçə damcı limon suyu əlavə edin və yatmadan öncə tonik kimi dərinizə tətbiq edin. Qara nöqtələr üçünsə yarım limon suyunu bal ilə qarışdırıb qara nöqtəli bölgələrə tətbiq edin. 5 dəqiqə gözləyib soyuq su ilə yuyun.



Saç rəngini açar:

Saç rəngini açmaq üçün boyalar və ya kozmetik vasitələrdən deyil limondan istifadə edə bilərsiniz. Limon suyunu saç baxım spreyinizə əlavə edin və saçınıza tətbiq edin. Günəşli gündə təbii kölgələr yaranacaq.



Dırnaqları gücləndirir:

Tez tez dırnaq boyasından istifadə edirsinizsə vaxt keçdikcə dırnaqlarınız zəifləyər. Bir yemək qaşığı zeytun yağına bir neçə damcı limon əlavə edin və qarışdırın. Bu məhlulu dırnaqlarınıza çəkin. Ən yaxşısı gecə yatmazdan əvvəl tətbiq edin və əlcək geyinərək yatın. Səhər oyandıqda əlləriniz yumuşaq və dırnaqlarınız güclü olacaq.



Quru dərinin dostu:

Saç dərinizdən dodaqlarınıza, dizlərinizdən dirsəklərinizə qədər bütün bədəninizin dostudur limon. Saç dərisi üçün limon suyu, bal, zeytunyağı və hindistan qozu yağını qarışdırıb saç diblərinizə çəkin. 10 dəqiqə gözləyib yuyun. Daha yumuşaq bir dəri üçün isə bir parça limonu yatmadan öncə quru bölgələrinizə çəkin və səhər oyananda yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!