Saçınızın rəngini darçınla açın

Saçınızın rəngini darçınla açın
Saç və Dəri baxımı
10.09.2017 12
Saç rəngini açmağın ən təhlükəsiz üsulunu təqdim edirik. Darçınlı qarışım sayəsində saçlarınız daha işıltılı, ipək kimi yumşaq və daha parlaq olacaq.



3 yemək qaşığı darçın, fincanın üçdə bir hissəsi qədər bal və kondisionerli saç kremini qarışdırın. Homogen qarışım yaratmaq üçün plastik qaşıqla hərtərəfli qarışdırın. Metal qab və qaşıq istifadə etməyin.



Saçınızı həmişəki saç şampununuzla yuyun. Saçlar bir az nəmini çəkəndən sonra önə atıb iri daraqla ayırın. Qarışımı hərtərəfli saçınıza yaxın. Çalışın qarışım dəriyə düşməsin, qızartı, allergiyaya səbəb ola bilər. Qarışımı saç dərisinə vurmayın.



Saçı sellofanla sarıyıb dəsmalla bükün. 30 dəqiqə sonra dəsmalı çıxarıb daha 3-4 saat gözləyin. 3-4 saat sonra saçlarınızı isti suyla yuyun. Saç rənginiz 2 ton daha açılacaq. Əgər daha da açıq olmasını istəyirsizsə, 3 yox, 4 yemək qaşığı darçından istifadə edin. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!