Saçlarını Coca-cola ilə yudular - fotolar

Saçlarını Coca-cola ilə yudular - fotolar
Saç və Dəri baxımı
10.09.2017 7
"İnsurgent” filmindən tanınan model-aktrisa Suki Waterhouse daim zərif dalğalı saçları ilə möhtəşəm görünür. Belə mükəmməl dalğalı saçları necə edə bildiyini soruşanda cavabı "Mən saçlarımı koka-kola ilə yuyuram və heç bir əlavə məhsuldan istifadə etmirəm” olmuşdu.  Həqiqətənmi?



Bu cavabı eşidən bir çox qadın saçlarını koka-kola ilə yumağı sınamış və maraqlı nəticələr alınmışdı.



Qadınlar.biz bu nəticələri sizlərə təqdim edir.



Qeyd edək ki, Coca-colanın tərkibindəki fosfor turşusu saçlara parlaqlıq, tərkibindəki şəkər isə qalınlıq verir.



1. Liz

Saçlarım əvvəl: Mənim saçım təbii olaraq dalğalıdır və mən həmişə bu dalğalarla mübarizə aparıram. Saçlarımı yuduqdan sonra saatlarla bu dalğaları açmağa çalışıram.

Saçlarım sonra: Coca-cola ilə saçlarımı yaxaladıqdan sonra buruqlar açıldı və saçlarım yumyumşaq oldu. Həmçinin saçlarımın parlaqlığı da artdı.



 

2. Jelani

Saçlarım əvvəl: Mən təbii olaraq qıvrımsaçlara malikəm. Ama saçlarım nazik, yumşaq və tez sınmağa meyllidir. Daim saçlarımın qalınlığı üçün əlavə vəsaitlərdən istifadə edirəm.

Saçlarım sonra: Saçlarımı cola ilə yaxaladıqdan sonra daha qalın hiss etdim saçlarımı. Həcmi də xeyli artmışdı. Buruqlar isə olduğu kimi qaldı. Saçlarımı daramaq olduqca rahat oldu. Lakin bunu hər gün yox, ayda bir dəfə etmək lazımdır.



 

3. Thalia

Saçlarım əvvəl: Mənim uzun saçlarım təbii olaraq  dalğayabənzərdir.

Saçlarım sonra: İlk öncə colanın saçlarımda qoxusunun qalacağından qorxdum. Ancaq onu deyim ki, heç bir qoxu hissi qalmadı. Saçlarımı çox da olmasa həcmli göstərdi.Ən çox saçlarımdakı parlaqlığı sevdim. Bunu həmişə etməyi məsləhət görmürəm.Bir də ki saçlarınıza tökdüyünüz colanın miqdarına diqqət edin.





4. Noelle

Saçlarım əvvəl: Çox gözəl saçlarım var. Yuyandan sonra saçlarım sərtləşir. Saçlarımı buruq-buruq düzəltdirdikdə, buruqları yaxşı saxlamır, tez açılır.

Saçlarım sonra: Coca-cola saçlarıma heç bir sərinləşdirici məhsul istifadə etmədən sərinlik gətirdi. Həmçinin ikinci gün fikir verdim ki, düzətdiyim buruqlar saçlarımda daha yaxşı qalır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!