Tez və asan düzəldilən praktik saç modelləri!

Tez və asan düzəldilən praktik saç modelləri!
Saç və Dəri baxımı
10.09.2017 11
Səhər işə və ya məktəbə gecikdiyiniz zaman səhər yeməyi yeməyə vaxt tapmasanız belə, yenə də evdən mükəmməl saçlarla çıxmaq mümkündür.



Qadınlar.bizin təqdim etdiyi tez və asan düzəldilə bilən saç modelləri ilə evinizdən həm vaxtında çıxa biləcək, həm də mükəmməl görünəcəksiniz.



1.Hər kəs 2 dəqiqə içərisində saçlarını atquyruğu kimi yığa bilər. Lakin biz sizə daa cazibəli atquyruğu  təklif edirik. Belə ki, atquyruğunu edərkən saçlarınızın ön sağ və sol hissələrini qıvıraraq quyruğa daxil edin.Gözəl bir saç tokası da bu saç stilinin daha da gözəl görünməsinə kömək etmiş olur.



2. Topuz kimi yığılan saçlar sizin həm ofisdə, həm də bir axşam yeməyində qurtarıcınız ola bilər. Bunun üçün saçlarınızı bükərək toplamağınız yetərlidir.



3. İstər düz, istər dalğalı saçlarınız olsun, bu saç stilini mütləq sınayın. Açıq buraxdığınız saçlarınızın ön sağ və sol hissələrindən hörmələr edərək arxada birləşdirin və toka ilə bərkidin.



4. Çox vaxt aparacağını düşünsəniz də, bu saç modeli çox praktik və qəşəngdi. Qalın bir saç bantını taxın və saçlarınızın uclarından qıvıraraq bantın içinə toplayın. Əminik ki, bu saç modelini çox sevəcəksiniz.



5. Gözəl bir saç hörgüsü uşaqlığımızdan bəri sevərək etdiyimiz, lakin çox vaxtımızı alan bir saç modelidi. Amma saçlarımızı hörməyin də daha praktik və sürətli yolu var...Belə ki, bütün saçınızı yana darayaraq dibdən uca doğru tez hörə bilərsiniz. Bu saç modeli həm gözəl görünür, həm də qalıcıdır.



6. Əgər saçınızı hörmə vəya atquyruğu yığma arasında qalmısınızsa, budur sizə görə bir saç modelimiz var. Hər ikisini birdən edin! Belə ki, əvvəlcə saçınızı təpədən at quyruğu edin, rezinlə bərkidin, sonra da uclarına doğru hörün. Bu saç stili xüsusilə bir parti üçün əladı.



7. Ən sevimli saç modellərindən biri də yarı toplanan saçlardı. Saçlarınızın üst qismini bir az qabardaraq geriyə doğru yığın. Bu saç stili sizi hər məkanda və günün hər saatında rahat və gözəl görünüşlü edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!