Saçlara qulluq

Saçlara qulluq
Saç və Dəri baxımı
10.09.2017 6
Saçlar hamı üçün son dərəcə önəmlidir. Saçların sağlam və güclü olması üçün saçlara qulluq etmək lazımdır.  Xüsusilə, köhnəlmiş saçlar və kəpəklənmiş saçlar ən çox rast gəlinən saç problemlərindəndir. Əgər siz də belə bir problem yaşayırsınızsa və kimyəvi tərkibli, bahalı məhsullar əvəzinə evdə rahatca öz başınıza hazırlaya biləcəyiniz bir maska tərifi axtarırsınızsa, bu tərif sizlər üçündür. Sizə verəcəyimiz bu tərifi asanlıqla hazırlayıb və saçlarınıza sürtüb, həm saçlarınıza qulluq edə və həmçinin də saç dərinizdə əmələ gələn kəpək probleminin qarşısını ala bilərsiniz.  



Sizə lazım olanlar:

0,5 armudu stəkan zeytun yağı

0,5 armudu stəkan süd

1 x.q bal



Hazırlanması:  

Südü və zeytun yağını qarışdırıb, üzərinə balı əlavə edib, bal tam əriyənə qədər qarışdırın. Bu qarışığı saçlarınızın diblərinə sürtün. Sürtdükdən sonra 40 dəqiqə gözləyin və sonra saçlarınızı yaxşıca yuyun.

Bu saç maskası təbii məhsullardan hazırlandığı üçün əlavə heç bir təsiri olmayacaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!