Evdə hazırlanan gözəllik maskaları

Evdə hazırlanan gözəllik maskaları
Saç və Dəri baxımı
10.09.2017 14
1. Bananlı Maska

Hazırlanması və icrası:

1 ədəd orta boy bananı əzin.

İçinə 2 şorba qaşığı yağlı süd əlavə edin. Daha sonra 2 çay qaşığı balı və 1 çay qaşığı buğda nişastasını əlavə edib gözəlcə qarışdırın və üzünüzə tətbiq edin.

15 - 20 dəqiqə gözlətdikdən sonra üzünüzü ilıq su ilə yuyun və qurulayın.

Əgər evinizdə gül suyu varsa, gül suyuyla üzünüzü nəmləndirin. Bu maska dərini qidalandırar və yaşlanmağı gecikdirər.





2. Kök Maskası

Hazırlanması və icrası:

1 ədəd kökü gözəlcə rəndələyin.

Rəndələnmiş kökü möhkəm sıxın və suyunu çıxarın.

Kök suyunun içinə yarım şorba qaşığı badam yağı, 1 yemək qaşığı qatıq, yarım şorba qaşığı bal əlavə edərək yaxşıca qarışdırın.

Maskanı üzünüzə və boynunuza sürtün.

Bu maskanı həftədə 2 dəfə edə bilərsiniz. Bu maskanın faydası isə dərini bərpa edir.

 

3. Avokadolu Maska

Hazırlanması və icrası:

1 dilim avokadoyu əzin və püre halına gətirin.

Daha sonra da içinə müvafiq olaraq 1 şorba qaşığı yağlı süd, yarım şorba qaşığı badam yağı, 1 çay qaşığı da küncüt yağı əlavə edin.

Gözəlcə qarışdırıb dərinizə tətbiq edin.

15 dəqiqə gözlədin, ilıq suyla durulayın.

Bu maska sayəsində dəriyə vitamin dəstəyi etmiş olarsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!