2016 yaz-yay saç trendləri

2016 yaz-yay saç trendləri
Saç və Dəri baxımı
10.09.2017 18
Mütəxəssislərin sözlərinə görə Futuristik saçlar, ortadan ayrılan
saçlar, yana ayrılan saçlar və saç aksesuarları bu ilin yaz-yay dəbi
olacaq. Mütəxəssislərin sözlərinə görə qısa kəsilmiş saçların dəbi geri
qayıdır və həmçinin qatlar dəbdədir.



Futuristik saçlar

Bu model cəsarət tələb edən saç modelidir. Qeyri-adi görünən bu
saçlara hörüklər, rəngli saç aksesuarları, Afrika hörükləri cürətkar bir
hava qatır. Bu saç modelində yuxarı hissə yaş görünüşə, ucları isə quru
və mat görünüşə malikdir. Bu saç modeli nə baxımsız, nə də çox baxımlı
olmalıdır. Bu modeli seçən xanımlar onun baxımsız görünüşünə
aldanmasınlar, əksinə bu saç modeli digər saçlara nisbətən daha çox
baxım tələb edir.



Ortadan ayrılan saçlar

Bu modelin əsas funksiyası heç daranmamış kimi yığılması və ya açıq
saxlanılmasıdır. Bu tip saçlar 2016-cı ili yay aylarında ən çox seçilən
saç modeli olacaq. Modanın qarışıq və şişirdilmiş olduğu dövrdə ortadan
ayrılan saçlar dəbin əksini hiss etdirərək gözəllik yaradır. Bu saç
modeli də kənardan çox sadə görünsə də əksinə, hər zaman baxıma ehtiyacı
olan saç modelidir.



Yana ayrılan saçlar

Yeni sezonun rahat və modern saç tiplərindəndir. Bu saç modelini əldə
etmək üçün ilk növbədə yaxşı saç fırçaları, fen və saça həcm vermək
üçün kremlər lazımdır. İlk əvvəl saça həcm verin və daha sonra saçınızı
düzləşdirərək yan tərəfə ayırın. Ayırdıqdan sonra həmin ayrılan hissəyə
sprey və ya yaş görsənməsini istəyirsinizsə, jele sürtün.



Saç aksesuarları

Əvvəlki sezonda da dəbdə olan saç aksesuarları bu sezon da öz yerini
qoruyub saxlayır. Bu sezon daha yeni saç aksesuarları dizaynerlər
tərəfindən satışa çıxarılacaq. Bəzəkli saç aksesuarları, üzüm salxımı
formasında taclar, antikvar başlıqlar, çiçək budaqları, tropik çiçəklər
və 1950-ci illərin saç bəzəkləri bu ilin trendləri arasında öz yerlərin
alacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!