Zədələnmiş saçları bərpa etməyin yolu

Zədələnmiş saçları bərpa etməyin yolu
Saç və Dəri baxımı
10.09.2017 2
Gözəl saçlarınız müxtəlif səbəblərdən zərər görübsə, demək bu xəbər məhz sizlər üçündür. Saçlarınızın əvvəlki gözəl halına qayıtmaq üçün edilməsi lazım olanları bu xəbərdə tapa bilərsiniz. Elə isə buyurun, oxuyun.



Düzləşdirici fenlərdən az istifadə edin.

Bilirəm ki, bir çoxumuz maşalara və saç düzləşdiricilərə çox bağlıyıq. Amma saçı məhv edən səbəblərdən ən birincisi elə budur. Düzləşdirici fenlərdən bacardıqca az istifadə etməliyik. Saçları təbii halına buraxmaq lazımdır. Beləcə, saçlarımızın təbii halıyla da nə qədər gözəl olduğunu fərq edəcəyik. Əgər həqiqətən özünə güvənirsənsə, saçlarını özünün qurumasına icazə ver. Ən sağlam saç təbii halda, fensiz quruyan saçdır.



Saç nəmləndiriciləri

Saçınıza saç nəmləndiriciləri tətbiq edə bilərsiniz. Saçlar üçün nəmləndirici maskalar var ki, onların da tərkibinə mayonez, yumurta və ya zeytun yağı vurmaq lazım gəlir. Bir çox xanımlar isə saçı bu maskadan təmizləmək üçün çox vaxt sərf edir və bu üsuldan yorulur. Nəzərinizə çatdırım ki, bunun alternativ bir yolu da var. Saçınıza ən uyğun olan bir nəmləndiricini seçib saç şampununuzla qatıb yuya bilərsiniz. Arqan tərkibli nəmləndiricidən istifadə edə bilərsiniz. Amma bunu 30 dəqiqə saçda saxlamaq lazım gələcək.



Şampundan az istifadə et.

Əvvəllər hər gün saçlarımı şampunla yumağı vərdiş etmişdim, sonradan gördüm ki, bu, sadəcə saçlarıma zərər verir. Artıq çöldəykən çox tərləməyəndə və iş günlərim istisna olmaqla saçlarımı əsla şampunla yumuram. Şampunlardan uzaq durun və saçlarınızı təbii losyonlarla təmizləyib öz formasına düşməyi təmin edin. Mən belə edirəm və indiki saçlarım çox təmiz və sağlamdır.



Doğru fırça istifadə edin.

Çox sıx dişli fırçadan istifadə etsəniz, saçlarınızı qırar və bu da sadəcə saçlarınıza zərər verər. Mən yumru uclu fırça istifadə edirəm və beləcə, saçlarımı hər gün darasam da, onlara zərər verməmiş oluram. Siz də bunu sınayın.



Kokos yağını sınayın.

Bəli, bilirəm, saçlarınızı bərpa etmək üçün yağ istifadə etmək məcburiyyətində deyilsiniz demişdim, amma kokos yağından istifadə etmək qətiliklə bir problem yaratmaz. Kokos yağının içindəki komponentlər qətiliklə saçlarınızın qabarmasına səbəb olmaz, çox istifadə etməyə ehtiyac yoxdur. Mən sadəcə bir miqdarı ovcuma vurub tətbiq edirəm, saç köpüyündən heç bir fərqi yoxdur. Ovcumda yumru dairələr çəkərək saç diblərinə yedirirəm və ən çox baxıma ehtiyacı olan saç uclarını isə iki əlimin arasına alır və ovuşdururam. İnanın ki, bu, saça mükəmməl bir parlaqlıq verir. Bu kiçik və sadə hərəkətlər saçlarım üçün çox gözəl nəticələr verir.



Süni məhsullardan xilas ol.

Bir aylığına saç jelesi, sprey ya da köpük istifadə etməməyi sına. Əgər saçınıza nəsə vurmağa məcbursunuzsa, bu ya nəmləndirici, ya da istilikdən qoruyan bir şey olmalıdı. Jelelər, saç spreyləri və köpüklər süni kimyəvi məhsullardan başqa bir şey deyil və bunlar saçı qurudur, zərər verir. Təbiilik hər zaman daha yaxşıdır.



Qidalanmana diqqət et.

Bunu deməliyəm, çox təəssüf ki, pəhriz saxlamaq da saçlara təsir edir. Saçların sağlamlığını qorumaq üçün orqanizmin müəyyən bir miqdar zülala və yağa ehtiyacı var. Saç quruluşu, forması onu gücləndirən zülallardan meydana gəlir. Sağlam yağlar isə saçın parlaqlığını, nəmliyini və dolğunluğunu təmin edir. Doğru və sağlam qidalanmanın gözəl saçlar üçün bir şərt olduğunu unutmayın.

Saçlarınızı gecə yumağı tövsiyə edirəm, beləcə, saçlarınızı səhər formaya salmazdan əvvəl ona dincəlməyə və qurumağa vaxt vermiş olarsınız. Bu tətbiq ən azından saçlarınızın nəfəs almasını təmin edir. Unutma ki, yaş ya da yeni qurudulmuş saça maşa və ya saç düzləşdirici alətlərdən tətbiq etmək daha çox zərər verər. Əgər saçınıza bir müddət süni məhsullar vurmasanız, onlar özbaşına qaydasına düşəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!