Bəs sizə hansı saç düzümü uyğundur?

Bəs sizə hansı saç düzümü uyğundur?
Saç və Dəri baxımı
10.09.2017 18
Toy günü yaxınlaşır. Bir çox detallar barədə qərar vermisiniz.

Amma hələ də saçdüzümünüzün necə olacağını bilmirsiniz? Bu heç də siz düşündüyünüz qədər çətin deyil.

Sadəcə güzgüyə baxıb, hansı tip xanım olduğunuzu müəyyənləşdirin. Daha sonra bu yazıda qeyd etdiklərimizi nəzərdən keçirib, sizə uyğun olan saç düzümü barədə qərar verməyə çalışın.



Əsmər xanımlar:

Bu cür qızlara uzun saç daha çox yaraşır. Əgər siz əsmər bir xanımsınızsa, saçlarınızın uzunluğunu vurğ ulayan, təbii düzümlərdən istifadə edə bilərsiniz. Canlı bir Orxideya çiçəyi və ya aksesuarla da saç modelinizə əlavə rəng qatmaq olar.



Sarışın xanımlar:

Sarışın xanımsınız? O zamantəbii və sərbəst saç modelləri sizə uyğun ola bilər. Təbii şəkildə burulmuş saçlarınızı bir yana toplayıb, yığa bilərsiniz. Bununla yanaşı, saçlarınızı fatanın altında açıq saxlamaq və ya yuxarıda toppuz şəklində yığmaqla da gözəlliyinizə gözəllik qatmaq mümkündür. Bir çox xanımlar kimi siz də sabit formalı saç düzümlərindən istifadə etməkdən çəkinməlisiniz.



Qumral xanımlar:

Bu dəri rənginə sahib bir xanımsınızsa, xüsusilə, saç rənginizə xəfif kölgələr əlavə olunmuşsa, bu özəlliyi nəzərə çarpdıran modellərdən istifadə etməlisiniz. Xəfif buruqlar sizə fərqli görünüm qazandıracaqdır. Eyni zamanda saçları yana ayırmaq və ya boyun nahiyəsində bir toppuz yığmaqla da istənilən nəticəni əldə edə bilərsiniz.

Qumral saç rənginə sahib xanımlara açıq rəngli gözlərin daha çox yaraşdığını bilirik. Əgər sizin gözləriniz açıq deyilsə, rəngli linzalardan istifadə edə bilərsiniz. Amma unutmayaq ki, təbii halla belə ən gözəl görünümə sahib olmaq mümkündür.



Kürən xanımlar:

Əgər kürən bir xanımsınızsa, deməli yetəri qədər rənglisiniz. Ağ parçadan hazırlanmış bir çiçək, muncuqlardan ibarət bir saç broş, ya da sadə bir toppuz sizi yetəri qədər cazibədar edəcəkdir. Qızılı saçlarınızın əhatə etdiyi üzünüzü təbii tonlarda makiyaj da edə bilərsiniz.



Dəri rənginə görə xanımlara uyğun ola biləcək saç düzümləri barədə bu qədər.

Ümid edirik ki, qeyd olunan məsləhlətlər sizə özünüzə yaraşan saç düzümünü seçməkdə yardımçı olacaq.

Sonda toyu olacaq xanımlara ən özəl gündə ən gözəl görünüşə sahib olmağı diləyirik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!