Saçlarınız haqqında maraqlı məlumatlar

Saçlarınız haqqında maraqlı məlumatlar
Saç və Dəri baxımı
10.09.2017 54
Saça forma vermək həqiqətən ehtiyacımız olduğu zamanda çox çətin olur. Ümumiyyətlə, ən möhtəşəm forma aldıqları zamanlar duşa girmədən əvvəl, ya da bütün gün evdə olacağınız günlər olur. Bu gün sizlərlə saçlarımıza necə qulluq edəcəyimiz haqqında bilgilərlə tanış olacağıq.



Bir az kölgə!

Saçlarınızda açıq tonların da olmasını istəyirsiniz? O zaman bunun həlli sadədir! Bir kasaya limon suyunu sıxdıqdan sonra təmiz darağı bu suya batıraraq saçınızı yüngülcə darayın. Ardından təxminən 45 dəqiqə ərzində günəşdə gözləmək lazımdır. Limon suyu saçınızın rəngini çıxaracaq. Bu əməliyyatı həftədə ən az 2 dəfə təkrarlamağı unutmayın!



Elektriklənməyin önünə keçin!

Əvvəlcə bunun üçün qurutma mərhələsinə diqqətli olmaq lazımdır. Saçlarınızı qurudarkən dibdən uca doğru hərəkətlərlə qurutmalısınız. Saçlarınız sulu olarkən qətiyyən daramayın.



Xırda saçlarla savaş!

Saçlarınızı yığdığınızda sağdan, soldan çıxan xırda saçlarınızdan bezmisiniz? Tək etməniz lazım olan təmiz diş fırçanıza bir az saç spreyi sıxmaq və onları geri daramaqdır!



Sizə ipək yaraşar!

Saçlarınızın dolaşmasında, ya da qırılmasında yastıq üzlərinizin belə təsiri olduğunu bilirsinizmi? Əgər yastıq örtüyü seçiminizi ipəkdən seçsəniz, saçlarınız daha az qırılacaq və səhər oyandığınızda daha düzgün saçlara sahib olacaqsınız!



Qara saça quru şampun!

Quru şampunu hələ bilməyənlər varsa, burdan baxıb öyrənə bilərsiniz.

2 xörək qaşığı kakao, 2 xörək qaşığı qarğıdalı nişastası və 2 xörək qaşığı darçını qarışdırıb saç diblərinizə çəkin.



Dümdüz saç!

Əgər saçınızı düzləşdirərkən çox ziyan görməsin deyə istilik dərəcəsini aşağı tutursunuzsa, bu da saçı həddindən daha çox xarab edər. Bu səbəblə istilik dərəcəsini yüksəldib bir dəfəyə istədiyiniz nəticəyə çatmaq ən məntiqlisi olacaqdır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!