Əllərinizin çatlamasının qarşısını necə almaq olar ?

Əllərinizin çatlamasının qarşısını necə almaq olar ?
Saç və Dəri baxımı
10.09.2017 128
Qışda çox qadının ortaq problemlərindən bir dənəsi, soyuq havaların təsiriylə çatlayan və quruyan əllərdir. Gözəlliyinizə kölgə salacaq qurumuş və sərt əllər, eyni zamanda gündəlik həyatda narahat olmanıza da səbəb olar.



Yuma faktoru

Gün içində davamlı yuyunan əllərin nəm tarazlığı düşdüyü üçün zamanla quruyar və köhnələr. Bunu önləmək üçün yumşaq bir sabun ya da yuma geli istifadə etməlisiniz.



Hamar və yumşaq əllər

Əllərinizin yaz-qış yumşaq və hamar olması üçün nəmləndirməy əsla laqeyd yanaşmamalısınız. Yaz və qışda aylarında günəş qoruyucu kremi, əllərinizi ləkələrdən qoruyar. Gün içində tez-tez və az olaraq əllərinizi kremlə nəmləndirin. Xüsusilə yuduqdan sonra.



Yumşaq əllər üçün baxım maskası



1 yemək qaşığı təzə pomidor suyu

1 çay qaşığı qliserin

3 qəhvə qaşığı duz

Bütün vəsaitləri qarışdırın və əllərinizə sürtün. 20 dəqiqə gözlədikdən sonra iliq su ilə yuyun və nəmləndirici krem sürtün. Bu baxım, əllərinizin yumşaq və dayanıqlı olmasını təmin edəcək.



Çatlaklığı aradan qaldıran baxım maskası



limon suyu

qliserin

Əllərinizi bu vəsaitlərlə ovun və 30 dəqiqə boyunca gözləyin. Daha sonra vazelin sürərək əllərinizi sıx nəmləndirin.



Quru əllər üçün xüsusi baxım maskası



3 yemək qaşığı şirin badam yağı

vazelin

Əllərinizə badam yağı və vazelini uzun müddət masaj edin. Üzərinə pambıqlı bir əlcək geyinin. Mümkün olduğu qədər bu şəkildə yarım saat gözləyin.Bu maska Əllərinizin daha yumşaq olmasını təmin edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!