Əllər üçün maska - resept

Əllər üçün maska - resept
Saç və Dəri baxımı
10.09.2017 31
Bəhməzlə dırnaqlar rənglənsin

Bir xorək qaşığı bəhməz və isti suyu qarışdırıb əllərinizi içinə salın. Su ılıyana qədər əllərinizi içində saxlıyın. Daha sonra ilıq və təmiz suyla yuduğunuz əllərinizi qurulayın. Qalan suyu əsla atmayın. Gecə yatmazdan əvvəl qulaq təmizləyən çöpün köməyiylə dırnaqlarınızın üzərinə, kənarlarına, iç qisimlərinə bu suyu çəkin. Narahat olmayın, əlləriniz yapışqan olmayacaq. Bir həftə ərzində həm dərinizin yumuşaldığını həmdə dırnaqlarınızın sarı rənginin getdiyini öz gözlərinizin şahid olacaqsınız.



Südlə əlləriniz körpə kimi

Bir xorək qaşığı ayran və bir çay qaşığı süd tozunu qarışdırın. Hətta bu qarışdırma işini əllərinizlə edin. Qarşımı əllərinizə yaxşıca yedirin və 15-20 dəqiqə gözləyin. Qarışığın quruduğunu görəcəksiniz. Quruyan qarışığı kisə edər kimi əllərinizlə sıyırın və ilıq su ilə duralayın. Süddə zülallar yüksək olduğundan dərinizə sağlam bir işıltı verir, dərini qidalandırır.



Təbii dırnaq cilası

1 xorək qaşığı saf zeytunyağı və yarım xorək qaşığı toz ağ gili qarışdırın. Qulaq təmizləmə pambıqları ilə dırnaqlarınıza çəkin. Daha sonra əllərinə həkim əlcəklərindən geyin və 10-15 dəqiqə gözləyin.



Yumşaq əllər

Bir az limon suyu və üç damcı zeytunyağını qarışdırın. Əllərinizə çəkdikdən sonra yarım saat gözləyib daha sonra yuyun. Limon suyundakı C vitamini əllərinizin üzərindəki ləkələri yox edir. Ayrıca ölü hüceyrələr üzərində peeling təsiri edər. Zeytun yağı isə quruluğu aradan qaldırır və əllərinizi nəmləndirir.



Dırnaqlarınız üstündən qırılır?

Lavanda yağını hər axşam mütləq dırnaqlarınıza çəkin. Dırnaqlarınız sərtləşəcək və əvvəlki halına qayıdacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!