Dodaq uçuğu

Dodaq uçuğu
Saç və Dəri baxımı
10.09.2017 48
Heç bir pul xərcləmədən evinizdə olan vəsitələrlə dodaq uçuqundan xilas
ola bilərsiniz. Kremlərə pul vermək yerinə təbii üsullarla öz
müalicənizi özünüz tətbiq edə bilərsiniz.



Soda bir çox dərdə dərman olduğu kimi uçuqlarda da çox təsirlidir. İlk
olaraq pambığa bir az soda vurun və bunu uçuqlu dərinizə tətbiq edin.
Gündə ən az iki, üç dəfə bunu etməyə davam edin. Uçuq problemi həll
olunacaq.



Çayağacı yağının müalicəsi

Çayağacı yağı dəriylə əlaqədar hər bir problemdə çox təsirlidir. Çünki
anti-viral, anti-bakterial, dodaq uçuqlaması, göbələk və anti-iltihab
xüsusiyyətləri ilə güclü şəfa qaynağıdır. Uçuq virusundan ömürlük can
qurtara bilərsiniz. Uçuğu öldürüb bir daha meydana gəlməsinə də mane
olar. Pambıqlı çubuğun üzərinə bir neçə damla çayağacı yağı damladın.
Çubuq köməyiylə uçuqlu bölgəyə tətbiq edin. Uçuqlardan tamamilə xilas
olana qədər gündə üç dəfə çəkməyə davam edin. Yaxşılaşma əlamətləri
göstərməyə başlayınca gündə 2 dəfəyə sala bilərsiniz.



Qarğıdalı nişastası müalicəsi

Uçuq olan bölgəyə pambıqlı çubuq köməyiylə qarğıdalı nişastası çəkin. Bir neçə gün ərzində uçuqdan əsər qalmayacaq.



Ağ sirkə müalicəsi

Yanra, qaşıntı, ağrı kimi dəri problemlərini sakitləşdirməkdə çox
təsirlidir. Həm də virusun inkişafının qabağını alan və yaxşılaşdıran
xüsusiyyətlərə sahib anti-mikrob ehtiva etməkdədir. İlk olaraq pambıqlı
çubuğa bu sirkədən damladıb uçuqlu bölgəyə çəkin, sonra qoyun virus
sirkəni gözəlcə çəksin, bir müddət sonra təmiz bir pambıqla sirkəni
silin.



Paket çay müalicəsi

Uçuq olan yerə paket çay qoymaq uçuqdan xilas olmanın təbii yollarından
yalnız biridir. Bir çay paketini bir müddət soyuducuda saxlayın və
çıxarıb uçuqlara tətbiq edin. Bu tətbiq sizi uçuqdan xilas edəcək.
Həmçinin infeksiya, qaşıntı, ağrı kimi uçuğun səbəb olduğu simptomları
yüngülləşdirəcək.



Soğan müalicəsi

İlk olaraq soğandan kiçik bir parçanın suyunu çıxarın, pambıqlı çubuğu
bu suya batırıb uçuqlu bölgəyə çəkin. Bu tətbiqi gündə bir neçə dəfə
edin. Uçuqdan qısa müddətdə xilas olacaqsınız.



Süd müalicəsi

Südü uçuğun olduğu bölgəyə çəkin. Bunu gün ərzində ara-ara təkrarlayın. Qısa müddətdə iz qalmadan bu virusdan xilas olacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!