Ən yaxşı meyvə maskaları

Ən yaxşı meyvə maskaları
Saç və Dəri baxımı
10.09.2017 47
Dəriniz mat və cansız görünür? Üzünüzdə qara nöqtə və açıq məsamə problemləri var? Quru bir dəriniz var? Artıq qorxmanıza ehtiyac yoxdur, sevimli xanımlar! Sizə verəcəyim 5 ayrı meyvə maskası resepti sayəsində dəriniz möhtəşəm bir görünüşə qovuşacaq. Meyvə maskaları dərinizi bəsləyır, parladır. Dərinizdə gözəl görünüş əldə etmək üçün meyvə maskaları çox effektlidir. Bu maskalar dərinizi dərininə kimi təmizləyir. Həmçinin ölü hüceyrələri yox edir və nəmləndirir. Bundan əlavə üzünüzdəki qara nöqtələri təmizləyər və açıq olan məsamələrinizi möhkəmləşdirər. Meyvə maskaları sizlər üçün həm çox sərfəli, həm də evdə edə biləcəyiniz kompleks bir spa təcrübəsi yaşadar. Keyifli bir üzə qulluq üçün meyvə maskalarını mütləq təcrübədən keçirin.



Qarpız Maskası

Bir neçə qarpız dilimini yaxşıca əzib dərinizə sürün. 20 dəqiqə gözlədib ilıq suyla durulanın. Dəriniz bu maska sayəsində nəmlənəcək, çəhrayılaşacaq və yumşaq olacaq.



Paraya Maskası

1 su stəkanı papaya suyunu dərinizə masaj edərək sürtün və 15 dəqiqə sonra ilıq su ilə üzünüzü yuyun. Papayanın antioksidan təsiri vardır. Üstəlik dəri parlaqlığı təmin edər və solarım təsiri yaradır.



Nar Maskası

Narı blenderdən keçirib dərinizə sürtün və soyuq suyla yuyun. Nar tam bir gənclik iksiridir. Həm qırışıqları təmizləyir, həm də cavanlaşdırır.



Alma Maskası

Dərinizin çəhrayı və körpə bədəni kimi yumşaq olmasını istəsəniz, almanı blenderdən keçirin və içinə bir az bal qarışdırıb üzünüzə sürtün. 15 dəqiqə sonra ilıq su ilə durulayın.



Kivi Maskası

Kivini blenderdə çəkin və 1 yemək qaşığı qatıqla qarışdırın. Bu qarışığı dərinizə tətbiq edin. 20 dəqiqə gözlədib soyuq suyla yuyun. Hamar və cavanlaşmış bir dəriniz olmasını istəyirsinizsə, bu maskanı sınamalısınız. Üstəlik kivinin günəş yanıqlarına da olduqca böyük xeyri vardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!