Üz dərinizin gözəlliyi üçün - Zəncəfil

Üz dərinizin gözəlliyi üçün - Zəncəfil
Saç və Dəri baxımı
10.09.2017 32
Zəncəfil dərinin qocalması ilə mübarizə aparır, dərini bərpa edir, tonuslaşdırır, təmizləyir, dərinin rəngini yaxşılaşdırır.



Zəncəfil müxtəlif dəri tipləri üçün olan maskaların tərkibində istifadə olunur.

1. Klassik zəncəfil maskası

Zəncəfil kökünün kiçik hissəsini (2-3 sm) blenderdə əzin, 1 xörək qaşığı
zeytun yağı əlavə edin, qarışdırın və üz dərisinə çəkin. 15-20
dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun.



2. Həssas dəri üçün zəncəfil maskası

Zəncəfil kökü (2 sm), 1 çay qaşığı limon şirəsi, 1 xörək qaşığı bal
blenderdə qarışdırın. Bu qarışıq 2 saat ərzində soyuducuda
saxlanılmalıdır. Sonra maskanı təmiz üz dərisinə çəkin və 15-20
dəqiqədən sonra ilıq su ilə yuyun.



3. İltihabəleyhinə zəncəfil maskası

Zəncəfil kökü (2 sm), portağal şirəsi, 1 xörək qaşığı bal və 1 xörək
qaşığı qatıq blenderdə qarışdırın və təmiz üz dərisinə çəkib 15-20
dəqiqədən sonra üzünüzü yuyun.



4. Cavanlaşdırıcı zəncəfil maskası

- Zəncəfil kökü (3 sm), 1 dəstə nanə, 1 çay qaşığı bal və 1/3 banan
blenderdə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra
üzünüzü təmiz su ilə yuyun.

- 1 xörək qaşığı sürtgəcdən keçirilmiş zəncəfil, 1 çay qaşığı balla, 1
çay qaşığı limon şirəsi ilə, 1 xörək qaşığı xama ilə, 1 kapsul E
vitamini ilə qarışdırılır, təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra
ilıq su ilə yuyulur.



5. Tonuslaşdırıcı maska zəncəfillə

1 xörək qaşığı zəncəfil kökü 1 xörək qaşığı balla qarışdırılır və üz
dərisinə çəkilir. Üzünüzü 20 dəqiqədən sonra təmiz su ilə yuyun.



6. Ağardıcı maska zəncəfillə

Zəncəfil, qızılgül, badam, qreypfrut efir yağları (hərəsindən 3-4 damcı)
2 xörək qaşığı xama ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20
dəqiqədən sonra ilıq su ilə yuyulur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!