Saç tökülməsinə qarşı ən təsirli metodlar

Saç tökülməsinə qarşı ən təsirli metodlar
Saç və Dəri baxımı
10.09.2017 20
Saç tökülməsinin qarşısını alıb, sağlam və parlaq saçlara sahib olmaq istəyirsinizsə, edəcəkləriniz çox sadədir.



1) Yeməyinizə diqqət edin

Daha çox zülal, dəmir və B12 vitaminlərindən istifadə saçlarınıza böyük təsir edəcək. Ət, balıq, yaşıl tərəvəzlər saç tökülməsini azaldır.



2)Saç masajı edin

Seçdiyiniz bir saç yağı ilə baş dərinizə masaj edin. Daha sonra yağın daha yaxşı hopması üçün isti bir dəsmalla saçınızı bağlayın. Ən az bir neçə saat gözləyin.



3) Bal sürtün

Saçınızı şampunla yuduqdan sonra bir az bal sürtün və saçınızda saxlayın. Duruladıqdan sonra saçlarınızdakı yumşaqlığı və parlaqlığı görəcəksiniz.



4)Saçlarınızı çox möhkəm yığmayın

Möhkəm toplamağı tələb edən saç modellərini davamlı tətbiq etmək tökülməyə səbəb olur.



5) Yaxşı bir daraq istifadə edin

Saçlarınızı necə daramağınız əhəmiyyətlidir. Yaxşı bir daraq seçərək saçları uclardan başlayaraq daramaq yaxşı olacaq.



6)Biotinlə zəngin qidalar istifadə edin

Biotin suda həll olan bir vitamindir. Saç tökülməsinin qarşısını alır. Taxıllarda, yumurtanın ağında və qozun tərkibi bu vitaminlə zəngindir.



7) Daimi olaraq yuyun

Saçlarınızı yumaq baş dərinizi təmiz saxladığı üçün düşə biləcək infeksiyaların qarşısını alır və saç tökülməsini azaldır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!