Limonla edilən təbii sızanaq maskası

Limonla edilən təbii sızanaq maskası
Saç və Dəri baxımı
10.09.2017 14
Sızanaqlar və sızanaq izləri qadınların ən böyük problemidir. Amma artıq dərd etməyin, limon sayəsində sızanaqlardan xilas olun. Limon mikrobları öldürücü, möhkəmləşdirici və toksin atıcı bir qida olduğu üçün sızanaqlardan xilas olmanıza köməkci olar. Dəri hüceyrələrini yeniləyən və dərini xarici faktorlardan qoruyan limonun 5 xüsusi sızanaq maskasını bir yerə qeyd edin.

 

Maska-1

1 x.q. limon suyu

1 x.q. bal



Hazırlanması və tətbiqi:

Limon suyu və balı kiçik qazanda qarışdıraraq qazın ustünə qoyun. Bir müddət qaynadıqdan sonra qırağa qoyun və ilıq hala gəlincə problemli bölgənizə sürtün. Maskanızı 15 dəqiqə üzünüzdə saxlayın və ilıq su ilə yuyun. 1 həftə-10 gün içində sızanaqlardan xilas olacaqsınız.



Maska-2

1 ç.q. limon suyu

1 yumurta ağı



Hazırlanması və tətbiqi:

Sarısından ayırdığınız yumurtanın ağını bir kasaya alın və üstünə limon suyunu əlavə edin. Sızanaqlı bölgənizə sürtüb 20 dəqiqə saxlayın və yuyun. Bu maskanı həftədə iki dəfə etməyiniz daha yaxşı olar.



Maska-3

1-2 damla limon suyu

3 ədəd aspirin

1 ç.q. yaş maya



Hazırlanması və tətbiqi:

Aspirini limonlu suyun içində əridin. Daha sonra yaş mayanı qarışığın içinə əlavə edib qarışdırın. Sızanaqlı və sızanaqsız bölgələrinizə sürtün və 15-20 dəqiqə saxlatdıqdan sonra yuyun. Bu maska həm sızanaqdan və sızanaq izlərindən xilas olmağa kömək edəcəkdir.



Maska-4

Yarım limon

1 ç.q. karbonat

Bir neçə damla süd



Hazırlanması və tətbiqi:

Bir qaba ilk əvvəl karbonatı, daha sonra südü və son olaraq təzə kəsilmiş yarım limon suyunu sıxıb qoyun. Qarışdırdıqda bir az köpürəcək, köpürmənin qurtarmasının arxasından bu maskanı sızanaqlı bölgənizə sürtün. 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!