Uzun və cəlbedici saçların sirri

Uzun və cəlbedici saçların sirri
Saç və Dəri baxımı
10.09.2017 22
Bəzi qadınlar üçün uzun saç görünüşündə ən önəmli nöqtədir. Lakin uzun və sağlam saçlara sahib olmaq heç də asan deyil. Bunun üçün bəzi şeylərə diqqət etmək mütləqdir.



Qidalanmaya diqqət et

Sağlam qida, saçlarınız üçün çox əhəmiyyətlidir. Saç hüceyrələrində bərpa rolunu oynayan proteindir. Ət, süd məhsulları, soya və qoz-fındıq, yalnız əzələləri gücləndirməklə kifayətlənmir, həm də saçların sürətli inkişafına kömək edir.



Su, saçlarına həyat verəcək

Bədəndə kifayət qədər suyun olmaması, orqanizmdə, maddələr mübadiləsini zəiflədir. Bədənin normal işləməsi üçün siz, gündəlik 6-8 stəkan təmiz su içməlisiniz. Ancaq bundan sonra saçlarınız parlaq və güclü ola bilər.



Saçqıranlardan azad olmaq

Müntəzəm olaraq saçlarınızın uclarını kəsdirin. Bu zaman saçlarınızda heç bir saçqıran olmayacaq. Saçlarınız bərabər uzanacaq. Unutmayın, nə qədər keyfiyyətli şampun olsa da, bu problemi yalnız saç ustası həll edə bilər.



Saçların yuyulması mühümdür

Dərimiz kimi saçların da qoruyucu təbəqəsi olur. Həddindən artıq saçların



yuyulması, bu təbəqənin zəifləməsinə gətirib çıxarır. Həftədə, 2-3 dəfədən artıq saçları yumaq olmaz. Əks halda, saçlarınız solğun və cansız görünəcək.



Qidalandırıcı maskalar et

Dərimiz kimi saçlarımızı da qidalandırmağı unutmamalıyıq. Qidalandırıcılar saçların sağlam görünməsini təmin edir.



Düzgün daramağı bacar

Saçlarımızı darayarkən çox diqqətli olmalıyıq. Nəm halda saçları əsla daramaq olmaz. Bu saçların zədələnməsinə gətirib çıxarır. Saçları, kökdən uca doğru yox, ucundan kiçik hissələri daramaqla kökə çataraq daramaq lazımdır. Belə olduğu halda saçlar çox zədələnmir.



Saç cihazlarından düzgün istifadə et

Saçlarınızın sağlamlığı üçün fendən, düzləşdiricidən və s. uzaq durmaq lazımdır.



Bunlar, yalnız saça zərər verə bilər. Bu səbəbdən lazım olmadıqca, bu alətlərdən istifadə etməyin. Ağır saç düzümlərinə üstünlük verməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!