Saç kəsdirmək saçın uzanmasına köməkçi olurmu?

Saç kəsdirmək saçın uzanmasına köməkçi olurmu?
Saç və Dəri baxımı
10.09.2017 13
Saçlarınızın bir an əvvəl uzanmasınımı istəyirsiniz? Mütəxəssislərdən əldə etdiyimiz gözəllik sirləri sayəsində saçlarınızın daha tez bir müddətdə uzanmasını təmin edə bilərsiniz.



Saçlarınızın uzanma sürəti sizə yavaş gəlir və ya müəyyən bir uzunluğa gəldikdən sonra o uzunluqda ilişib qalırsa, saçlarınızadaha çox qayğı göstərməlisiniz.



Həcm verin: Tərkibində nəmləndirici xüsusiyyətli shea və ya avokado yağı olan şampun və saç kremlərini seçməyə diqqət edin. Bu şampunlar saçlarınızı dolğun göstərir ki bu da saçların inkişafı baxımından olduqca əhəmiyyətlidir. Narın saç uclarının uzanmağa fürsəti olmadan qırılmaları olduqca sıx rastlanan bir vəziyyətdir.



Qulluq edin: Üzünüzü təmizləmək üçün üzünüzü kran altında yumaq kifayət eləməz. Ona qulluq lazımdır. Eyni şəkildə saç dərisinin də baxıma ehtiyacı vardır. Saç dərisində yığılan çirk, yağ və ölü hüceyrə layları saçlarınızın uzanmasına maneə törədə bilər. Bu səbəbdən saç dərinizi masaj etməyinizi, ucları yuvarlaqlaşdırılmış fırça seçmənizi təklif edirik. Fırçanız yoxdursa, barmaqlarınızın köməyiylə duşdan əvvəl yalnız iki dəqiqənizi saç dərinizə masaj etməyə ayıra bilərsiniz.



Tərz yaradın: Qocalan saçlar asanca qopmağa meyllidir. Buna maneə olmaq üçün saçlarınızı yalnız geniş dişli daraq ilə açın. Bazar günlərini saçınız üçün tətil edin. Saçlarınızı həftədə ən az bir gün saç qurutma maşınından məhrum etmək belə saçların sağlamlığı baxımından fayda verər. Dalğalı saç görünüşü üçün nəmli saçlarınızı hörə bilər, beləcə təbii dalğalar yarada bilərsiniz.



Saç kəsdirmək saçın uzanmasına köməkçi olarmı?



Həm bəli, həm xeyr. The Hair Bible (Saçın Müqəddəs Kitabı) adlı kitabın yazıçısı Philip Kingsley, ucundan kəsdirilən saçların bir anda uzanmağa başlamayacağını ifadə edir. Ancaq bu prosedur nizamlı şəkildə tətbiq edilərsə saçınızın uzanmasına köməkçi olacaq. Məşhurların saç stilisti Kim Serratore, saçınızın sağlam olması üçün, nizamlı olaraq uclarından aldırmadığınız təqdirdə tək səfərdə dörd və ya beş santimetrə qədər kəsdirmək məcburiyyətində qala biləcəyinizi ifadə edir.



Güclü və sağlam saçlar üçün: Bir stəkan zeytunyağını yüngül olana qədər mikrodalğalı sobada qızdırın. Ardından bu yağı nəmli saçlarınızın üzərinə tökərək bütün saçlarınıza yedirin. Başınıza bir dəsmal bağlayıb 20 dəqiqə qədər gözlədin. Son olaraq durulayın, şampunla yuyub nəmləndirici maska ilə nəmi saçlarınıza yedirdin.



Saçların qüvvətlənməsinə köməkçi olan sink, biyotin və dəmir kimi qidalandırıcı da istifadə etmənizdə fayda var. Bu maddələri təşkil edən qida dəstəklərini əldə etdikdən sonra (həkiminizə məsləhətləşərək) gündəlik qidalanma nizamınızı təkrar qiymətləndirin. Gündəlik yumurta, pendir, balıq, toyuq və ya hinduşka istehlakınızı iki boşqaba çıxarmalısınız.



Səhərlər nahar etməmək xasiyyətinizdən də xilas olun. Səhər vaxtı bədəninizin enerjisinin ən aşağı olduğu zamandır. Hər dörd saatdan bir mütləq bir pay istehlak edin (fındıq, badam, yaşıl tərəvəzlər və somon, saçların uzanması mövzusunda möhtəşəm qidalardır).



Son olaraq rahatlamağa çalışın. Stress həzm sistemini yavaşladar və hormonlarınızı yoraraq qan axışının saç folekullarına getməsinə mane olar. Bu təklifləri tətbiq edərək 4-6 ay içərisində gözlə görülən bir fərq hiss edə bilərsiniz. Gələn yaya kimi uzun saçlara sahib olmağa hazır olun…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!