Saçların laminasiyası nə deməkdir?

Saçların laminasiyası nə deməkdir?
Saç və Dəri baxımı
10.09.2017 21
Müasir gözəllik salonlarının bizə təqdim etdiyi xidmətlər arasında, saçların laminasiyası kim bir xidmət də  vardır.



Laminasiya - saçlara xüsusi tərkibin vurulmasıdır. Nəticədə saçın üzərində,  onu zədələnmələrdən qoruyan nazik plyonka yaranır. B proseduru kağızın laminasiyasına bənzətmək olar, belə ki, kağızın daha davamlı olması, gec cırılması üçün edilən bu prosedur saçlara da eyni qoruyucu effekti verir.



Tərkibində buğda, soya proteini və bioloji aktiv maddələr olan xüsusi məhlul saçlara sürtülür. Bu xüsusi tərkib saçlarda 20 - 30 dəqiqə saxlanılır. Bu müddət ərzində hər bir saç xüsusi plyonka ilə örtülür. Tərkib yuyulduqdan sonra, saçlar sağlam,canlı və parıltılı görkəm alır. Plyonka zədələnmiş saçları örtərərək, qırılmış pulcuqları yapışdırararq, saçların korlanmış strukturunu hamarlaşdırır. Laminasiya üçün istifadə olunana bu tərkib uzun müddət saçların tərkibində qalan xeyirli maddələrlə zəngindir. Yaranan plyonka xeyirli maddələr, vitamin, protein və nəmi qoruyub saxlayır.



Laminasiya proseduru özlüyündü çox effektivdir, lakin o saçların boyanması və  mülaicəsi ilə uyğunlaşdırıla bilər. Belə ki, saçlar boyandıqadan sonra, laminasiya edildikdə rəng uzun müddətli saçlarda qorunub saxlanılır.Buna səbəb odur ki, ilk əvvəl saçlardan laminasiyanın tərkibi , sonradan artıq boya yuyulmağa başlayır.



Bundan əlavə mütəxəssislərin fikrinə görə laminasiya saçlara zahiri həcm verir. Hesablamalara əsasən həcm 10-15% artır. Məhz bu səbəbdən seyrək saçları olan xanımlara bu prosedur xüsusilə məsləhət görülür. Həmçinin saçların laminasiyası - ətraf mühitin çirkli təsiri, yağış, qar və günəş şüalarından qoruya bilir. Ən əsası isə fenin isti havasından.



Bu prosedurun effekti 3-6 ay müddətində saxlanılaraq, tədricən yuyulur. Lakin proseduru yenidən təzələmək üçün onun tam olaraq yuyulmasını gözləməyə ehtiyac yoxdur.



Prosedurun qiymətinə gəldikdə isə, bu prosedur premium klass proseduru sayıldıqdan o qədər də ucuzlu deyil. Təbii ki, qiymət saçların uzunluğundan asılı olaraq dəyişir. Bir neçə salonların qiymətlərinə nəzər salaraq, deyə bilərik ki, prosedur 70 - 100 Azn civarında hesablanır.



Sonda isə demək istərdik ki, laminasiyanın heç bir saç növü üçün əks təsiri yoxdur. İstər qıvrım, istər düz saçla eyni qaydada bu prosedurdan xeyirli maddələri almaqla sağlam və gözəl görkəm alacaqlar. Lakin, səhv salmayın laminasiya saçları düzləşdirmir, sadəcə onlara sağlam görkəm verir. Xüsusilə bu prosedur, zədələnmiş, zəif, quru, boyanmış və kimyəvi burulmuş saçlar üçün məsləhət görülür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!