Sızanaq və qara nöqtələr üçün ərik maskası

Sızanaq və qara nöqtələr üçün ərik maskası
Saç və Dəri baxımı
10.09.2017 25
Yay aylarında üzdə sızanaq və qara nöqtələrin sayı arta bilər.

Bu halın qarşısını almaq üçün təqdim etdiyimiz ərik maskasını sınaqdan çıxarın.



Tərkibi:

1 ədəd qırmızı alma

4 ədəd kal ərik

Yarım stəkan su



Hazırlanması:

Almanın və əriyin qabıqlarını soyun. Hər ikisini kiçik bir qazana qoyub üzərinə suyu əlavə edin. Alma ilə ərik bişib püre halına gələnə kimi gözləyin. Daha sonra çəngəllə əzin. Maska soyuduqdan sonra təmiz dəriyə çəkib 20-30 dəqiqə saxlayın. İlıq su ilə təmizləyin. Krem çəkməyinizə ehtiyac yoxdur.

Bu maska sızanaq və qara nöqtələrin qarşısını almaqla yanaşı, dərini hamarlaşdırıb daha cavan görünməyi təmin edir.

Maskanı ayda 1 dəfə çəkmək kifayətdir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!