Saç rəngini təbii üsulla açmağın 4 yolu

Saç rəngini təbii üsulla açmağın 4 yolu
Saç və Dəri baxımı
10.09.2017 17
Güclü kimyəvi maddələr və bahalı gözəllik vəsaitləri istifadə etmədən  saç rənginizi aça bilərsiniz. Sizə təbii üsulları təqdim edirik.



1) Bal və Sirkə

*2 su stəkanı sirkə

*1 su stəkanı bal

*1 yemək qaşığızeytunyağı

*1 yemək qaşığı hil və ya darçın.

Bütün məhsulları bir qabda qarışdırın və daha sonra nəmli saç üzərinə tətbiq edin və bir dəsmal və ya plastik paket ilə saçınızı bağlayın. Bütün gecə saçınızda gözlədin və səhər saçlarınızı durulayın. Baldakı hidrogen peroksid maddəsi digər vəsaitlərlə birlikdə  saç rənginizin açılmasına kömək olacaq.



2) Çobanyastığı

*Yarım fincan çobanyastığı çiçəyi

*4 stəkan su

Çobanyastığını  su ilə birlikdə 10 dəq qaynadın. Soyumasını gözlədikdən sonra saçlarınıza tətbiq edin və 15 dəq gözlədin. Daha sonra saçlarınızı durulayın.



3) C vitamini həbləri

8 və ya 9 C vitamini tabletini əzin və şampun ilə qarışdırın. qarışığı saçlarınıza tətbiq edin və 10 dəq gözlədib saçları durulayın.



4) Limon

*2 yemək qaşığı limon

*2-3 stəkan su

Suya limon suyu əlavə edib  sprey şüşəsinə doldurun. Qarışığı saçlarınıza vurun və saçlarınız quruyana qədər günəş altında durun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!