Qırışları açan üz kremini özünüz hazırlayın!

Qırışları açan üz kremini özünüz hazırlayın!
Saç və Dəri baxımı
10.09.2017 11
Qırışlar 30 yaşdan sonra bütün xanımları narahat etməyə başlayır. Brendlərin qırışlar üçün təqdim etdiyi kremlər isə çox baha olur. Ancaq gözəl görünmək üçün sərvət xərcləməyə məcbur deyilsiniz. Qırış açan kreminizi ev şəraitində də hazırlaya bilərsiniz.



Tərkibi:

1/4 stəkan badam yağı

2 xörək qaşığı kokos yağı

2 xörək qaşığı bal mumu

1/2 çay qaşığı E vitamini yağı

1 xörək qaşığı şi yağı



Hazırlanması:

Yuxarıda adı çəkilən bütün məhsulları bir qaba tökün. Kiçik bir qazana 2-3 xörək qaşığı su töküb qaynadın. Məhsulları tökdüyünüz qabı həmin qazanın içinə qoyun. Qabın içindəki hər şey əriyib qarışana kimi gözləyin. Arada qarışdırın. Daha sonra qarışığı kiçik bir şüşə qaba boşaldıb otaq temperaturunda saxlayın. Krem qatılaşandan sonra qabın qapağını örtün. Sərin yerdə saxlayın. Gündə iki dəfə təmiz dəriyə çəkin. Kremin effektini ən qısa zamanda müşahidə edəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!