Gözaltı kölgələri yox edən pomidor maskası

Gözaltı kölgələri yox edən pomidor maskası
Saç və Dəri baxımı
10.09.2017 26
Demək olar ki, yaşından asılı olmayaraq qadınların 90 faizi gözaltı kölgələrdən əziyyət çəkir. Bir çox kosmetika məhsullarına sərvət xərcləyərək bu kölgələri gizlətməyə çalışırlar. Gözaltı kölgələr bir çox səbəbdən yarana bilər. Yorğunluq, yuxusuzluq və sağlam qidalanmamaq ən çox rast gəlinən səbəblər arasındadır.



Türkiyəli həkim Şərafətdin Saraçoğlu yuxu rejiminə, qidalanmasına fikir verdiyi halda bu problemdən xilas ola bilməyənlər üçün möcüzəvi maska resepti verib. O,  maskanın tərkibindəki pomidorun gözaltı kölgələri qısa zamanda aradan qaldırdığını bildirib



"Pomidorun tərkibindəki C, A vitaminləri, fosfor, kalsium mineralları və likopen maddəsi kölgələrin yox olmasını təmin edir”.



Bir ədəd pomidoru sürtgəcdə rəndələyin və ya blenderdən keçirin. Üzərinə yarım çay qaşığı limon şirəsi və yarım çay qaşığı sarıkök əlavə edib qarışdırın. Daha sonra 1 -2 çay qaşığı bütöv dənli buğda unu da əlavə edin. Maskanı 2-3 dəqiqə qarışdırın. Göz ətrafına çəkib 15-20 dəqiqə gözləyin. Vaxt bitdikdən sonra həmin bölgəni su ilə təmizləyib qurulayın. Dərhal göz kreminizi çəkin.



Bu proseduruı həftədə 3-4 dəfə təkrarlaya bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!