Hovuz suyu saça boyadan daha çox zərər verə bilər

Hovuz suyu saça boyadan daha çox zərər verə bilər
Saç və Dəri baxımı
10.09.2017 10
Trixoloq (saç və baş dərisi mütəxəssisi) Talet Sam "Xlor miqdarı yaxşı nizamlanmamış bir hovuzda təkcə saçlar yox, paltarın rəngi belə dəyişə bilər” - deyib



Mütəxəssis duzlu və xlorlu suların saçlar üzərində mənfi təsirləri olduğunu qeyd edib.



Trixoloq öz laboratoriyasında su, toz, günəş işığı, külək kimi müxtəlif xarici amillərin gündəlik həyatda saçlara təsirini araşdırıb. Onun sözlərinə görə, saçlara yay aylarında ən təsir edən xarici faktor hovuz və dəniz suyudur.



O, "Günəşin yaydığı ultrabənövşəyi şüalar, dəniz suyundakı duz və hovuzdakı xlor ilə birləşərkən saçların ən böyük düşməni olur. Əgər bu dövrlərdə saçlara lazımi qulluq göstərilməsə, saçlar çox qısa zamanda korlanır, solğunlaşır, qırılır və tökülməyə başlayır. Qadınların çoxu kimyəvi maddələrdən hazırlanan saç boyalarının zərərini çox yaxşı bilirlər. Hovuzdakı xlor isə bəzən saçlara bu maddələrdən  daha çox zərər verə bilir. Dəniz və hovuz suyunun mənfi təsirini yox etmək üçün tərkibi xüsusi bitki ekstratları və oksigenlə zənginləşdirən saç vasitələrindən istifadə etmək digər aylara nisbətən daha çox əhəmiyyət daşıyır” - deyib



Trixoloq Talet Sam yay aylarında saçları isti su ilə yumamağı, fendən uzaq tutmağı, günorta saatlarında  mümkün qədər günəş şüalarından qorumağı, hovuz, ya da dənizə girərkən başlıqdan istifadə etməyi məsləhət görüb. Deyilənlərə əməl etsəniz, mövsüm dəyişikliyi zamanı, əsasən də, payız aylarında kəskin saç tökülməsi problemi ilə qarşılaşmayacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!