Qadınlarda erkən Saç tökülməsi problemi

Qadınlarda erkən Saç tökülməsi problemi
Saç və Dəri baxımı
10.09.2017 10
Saç xarici görünüşün vacib amillərindəndir. Saçların seyrəlməsi dermatoloji xəstəlikdən daha çox psixososial problem hesab edildiyindən və çox rast gəlindiyindən, günümüzdə kifayət qədər aktualdır. Tibdə Alopesiya(dazlıq) adı altında bir neçə saç problemləri cəmləşir. Androgenetik Al., Al. Areata (ocaqlı dazlıq), Al. Totalis, Traksion Al. və s.




Bunlardan ən çox aktual olan Androgenetik Alopesiyadır (AGA). Kişi və qadınlarda saç tökülməsi müxtəlif sahələrdə baş verdiyindən, müvafiq olaraq kişi və qadın tipli saçtökülmə ayırd edilir. Insanlar əksər halda problemi müxtəlif şampunlar, gellər, sabunlar istifadə etməklə həll etməyə çalışsalar da effekt müşahidə olunmur. Bu səbəbdən, məqalədə məsələnin mahiyyətini aydınlatmağa, bəzi stereotipləri "sındırmağa" çalışacağam.




AGA-nın mexanizmi bütün dünyada sonuna qədər aydın olmasa da, bəzi ABS və Avropa alimlərinin genişmiqyaslı çalışmalarında səbəb dəqiqləşdirilib. Səbəb tük follikullarını qidalandıran kapilyarların kiçilməsi, atrofiyası və sayca azalmasıdır. Nəticədə tük follikulu oksigen və qida aclığı keçirir. Zamanla tüklər kövrək və teztökülən xarakter əldə edirlər. Kapilyarların bu süqutuna səbəb, androgenlərə (kişi hormonları) qarşı bəzi insanlarda tük follikulunun genetik olaraq həssas olmasıdır. Prosesin biokimyəvi mexanizminə toxunmadan, qeyd olunmalıdır ki, bütün hallarda problemin həlli mərhələli və zamanalicidir. Dünyaca qəbul olunmus standartlara görə, AGA -nın müalicəsi ilk mərhələdə saç tökülməsinin qarşısını almaq, sonrakı mərhələdə isə həyatda qalan tük follikullarından yeni tüklərin inkişafına çalışmaqdır. Müalicə istiqaməti qanda 1)androgenlərin miqdarını bir qədər endirmək, 2)qanda mühüm mikroelementləri və vitaminləri normallaşdırmaq, 3)yeni kapilyarların əmələgəlməsini stimullaşdımaq istiqamətində olmalıdır.



1-ci istiqamət əksər hallarda kişi pasientlərə tətbiq olunan üsuldur. Bunun üçün 5-alfa reduktaza fermentinin blokatoru olan preparatlar həb və mezoinyeksiyalar şəklində istifadə edilməlidir. Mezo inyeksiyalar kurslarla ayda iki dəfə olunduğu halda, həblər 40-42 yaşlara qədər qəbul edilməlidir.

2-ci istiqamət. Bunun üçün (Sink, Mis, Dəmir, Selen başda olmaqla) bir sıra mikroelement və (biotin, tiamin, askorbin başda olmaqla) vitamin tərkibli həblər periodik kurslarla ildə iki dəfə qəbul olunmalıdır. Eyni zamanda həblərin qəbulu iki dəfə azaldılaraq, müalicəyə eyni maddələrin mezoinyeksion formaları da ayda iki dəfə yerli olaraq tətbiq edilə bilər. Buna klinisist həkimlər arasinda şərti olaraq "kokteyl" deyilir.




3-cü istiqamət. Bunun üçün hazırda qızıl standart hesab edilən Piperidinil tərkibli dermatotrop vazodilatatorların tətbiqidir. Gündə iki dəfə losyon şəklində saçlı dəriyə damızdırılmaqla, müalicə 40-42 yaşlarına qədər davam etdirilir. Elmin son nailiyyətlərindən olan, çox effektiv iki metoddan birincisi mezoroller terapiyasıdır. Bu üsulla saçlı dəriyə süni olaraq mikrozədələr yetirilir. Nəticədə zədə bərpası prosesində tük follikulu yeni kapiyar qazanmış olur. Ikinci yeni metod isə PRP-injection (Platelet Rich Plasma) terapiyasıdır. Estetik dermatologiya industriyasında rezonansa səbəb olan bu metod əvvəllər yalnızca travmatologiya-ortopediya sahəsində tətbiq edilirdi. Geniş miqyaslı və uzun müddətli elmi araşdırmaların nəticəsi olaraq PRP metodu tam təbii, pasientin öz qanindan hazırlanan müalicəvi ekstraktın saçlı dəriyə mezoinyeksiyası yolu ilə tətbiq olunan çox effektiv metod olaraq qəbul edilmişdir. Bu iki prosedurun kombinasiyalı tətbiqi isə effekti ikiqat artırmaqdadır.



Artıq yuxarıda qeyd edilənlərdən də məlum olduğu kimi, AGA heç bir şampun, sabun, "türkəçarə yaxmalar"la qarşısı alına bilinən problem deyilmiş...



Dr. Emil Muradxanlı

Hal-hazırda "Salutem Dermatoloji Klinikası"[/b] dermatoveneroloq işləyir. 
 
Tel.: (+994 55) 663-81-82
 

Facebook profil: https://www.facebook.com/emil.muradxanli


 
Qeyd: Əziz xanımlar, Həkimlərimizin endirimindən yararlanmaq istəyirsinizsə həkimlərimizə müraciət edərkən Qadinlar.Biz saytından gəldiyinizi [b]MÜTLƏQ 
bildirin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!