Dəriyə qulluqda yenilik: “multi‐masking” texnikası

Dəriyə qulluqda yenilik: “multi‐masking” texnikası
Saç və Dəri baxımı
10.09.2017 9
Qüsursuz bir dəriyə qovuşmaq istəyən xanımlar üçün hər gün yeni bir üsul kəşf olunur. Son günlər baxımlı qadınlar dəriyə qulluq üçün "multi‐masking” texnikasından istifadə edirlər.



"Multi‐masking” bir neçə maskadan eyni zamanda istifadə etmək deməkdir. Bir sözlə "multi‐masking” texnikasında üzün hər bölgəsi üçün fərqli bir maskadan istifadə nəzərdə tutulur. Bu texnikanı trend halına salan qadınlar düşünürlər ki, üzün hər bölgəsinin fərqli maddələrə ehtiyacı var. Ancaq ayrı-ayrı bölgələrə maska çəkib yuduqda məhsulun effekti azalır. Bütün maskaları eyni anda çəkib, üzü bir dəfə yuduqda isə maskanın effekti daha tez hiss olunur.



Bəs, üzün hansı bölgəsinə, hansı maskanı çəkmək lazımdır?



"Multi‐masking” texnikasını sınaqdan keçirənlər bildirirlər ki, üzün ən çox yağlanan, qara nöqtələrin daha çox müşahidə edildiyi "T” bölgəsinə tərkibində kömür ya da salisilik asit turşusu olan maska, yanaqlara isə C vitamini və "peptit” ehtiva edən maska, gözaltlarına isə tərkibində "retinol” olan maska çəkmək daha uyğundur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!