5 ən yaxşı üz üçün maskalar

5 ən yaxşı üz üçün maskalar
Saç və Dəri baxımı
10.09.2017 25
1. Alma ilə yulaf yarmasının qarışığından hazırlanan maska. Almanı soyub sürtgəçdən keçirin. Üzərinə 1 xörək qaşığı süd və 2 çay qaşığı yarma əlavə edin. 5 dəqiqə dəm alandan sonra maskanı üzə çəkin, o ,üz dərinizi vitaminlərlə doyuzduracaq.



2.Banan maskası. 1 yetişmiş bananı vilka ilə əzdikdən sonra bir çay qaşığı yağlı qaymaq ilə qarışdırın. Üzə tətbiq edib 15-20 dəqiqə saxlayın. Bu maska quru dərini nəmləndirəcək.



3.Kələm maskası. Bir-neçə kələm yarpağını ətçəkən maşından keçirin. Alınmış kütləni 20-30 dəqiqəlik üz dərinizə çəkib yuyun. Bu maska qocalan dəri üçün yaxşıdır.



4.Maya maskası. 100 qram mayanı suda isladıb qatılaşana kimi qarışdırın. Üz dərinizdə 15 dəqiqə saxlayıb yuyun. Bu maska dərinizin elastikliyini bərpa edəcək!



5.Kartof maskası. Qaynamış bir ədəd kartofu 1 çay qaşığı süd ilə əzin. Bir yumurtanın sarısını əlavə edin. Alınmış ilıq püreni qalın təbəqə şəklində üz və boyun dərisinə tətbiq edin. 25 dəqiqədən sonra sərin su ilə yuyun. Bu maska dərinizin qabıqlanmasının qarşısını alacaq.

DİQQƏT: Maskaları həftədə 2-3 dəfədən çox istifadə etmək olmaz!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!