Problemli dəridən əziyyət çəkirsinizsə, bu maskadan istifadə edin

Problemli dəridən əziyyət çəkirsinizsə, bu maskadan istifadə edin
Saç və Dəri baxımı
10.09.2017 7
Problemli dəridən əziyyət çəkirsinizsə: sızanaqlar,qara nöqtələr,iltihablar,bunun üçün "sehirli” maska var.



Resept:

• 1 yumurta ağı

• 3-4 damcı çay ağacı yağı (istənilən aptekdə satılır)

• Nişasta



Yumurta ağını köpük halına kimi çırpıb çay ağacı yağını əlavə edirik,üstünə də kiçik miqdarlarla nişastanı tökürük. Xamayabənzər konsistensiya alınanacan qarışdırıb üz dərisinə tətbiq edirik. Ağızətrafı və gözətrafı nahiyələri çıxmaq şərti ilə. Tam quruyana kimi saxlayırıq,bu cəmi 10-15 dəqiqə çəkəcək. Sonra ilıq qaynamış su ilə yuyulur.Mütləq maskadan sonra üz dərisi losyon və ya tonik ilə silinir,krem çəkilir.Maskanı yatmazdan qabaq istifadə etmək tövsiyyə olunur.

Maska kursu: hər 2 gündən bir tətbiq etməklə 10 dəfə təkrarlayın,Bir aydan sonra dəriniz sizə minnətdar olacaq. Kursu 3 ay ara verməklə təkrarlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!