Yağlı parıltı əleyhinə maskalar

Yağlı parıltı əleyhinə maskalar
Saç və Dəri baxımı
10.09.2017 13
Yağlı,dəri üçün olan bu maskalar dərini təmizləməklə yanaşı, həm də qızartıları aradan qaldırmaqla üz rəngini yaxşılaşdırır. Belə maskaları həftədə iki-üç dəfə istifadə etmək olar.

Üz,dərinizə pambıq tamponun kpməyi ilə yağlılığı minimum olan qatıq çəkin. 15 dəqiqədən sonra yuyun, bu maska dərini bir qədər qurudacaq.

Çırpılmış yumurta,ağını xırdalanmış limon qabığına qatıb 15 dəqiqəliyə dəriyə çəkin. Bu maska məsamələri daraldır,üz rənginin tonunu düzənləyir.

1 ç/q limon şirəsini 20 q maya ilə qarışdırın,biraz ilıq süd qatıb 15 dəqiqəlik dəriyə çəkin. Vaxt tamam olduqda yuyun,bu maska dərini dərindən təmizləyir.

Xiyar və bor turşusu tərkibli maska dərini lazımlı şəkildə təravətləndirəcək. Bir hissə sürtgəçdən keçmiş xiyar ilə 6 hissə bor turşusu götürüb ( hissə vahidi çay qaşığıdır) qarışdırın,10 dəqiqə üzdə saxlayıb yuyun.



Yadda saxlayın: hansı növ dərinin sahibi olursunuz- olun, o diqqət və qulluq tələb edəcək. Özünüzə gündə cəmi yarım saat ayırın,dəriniz buna görə sizə minnətdar olacaq!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!