Ən yaxşı qatıqlı maskalar

Ən yaxşı qatıqlı maskalar
Saç və Dəri baxımı
10.09.2017 22
Qatıq çox gözəl təmizləyici və qidalandırıcı xüsusiyyətlərə malikdir. Dərini ipək kimi yumşaq,zərif edir. Qatığın inanılmaz ağardıcı təsiri var.



Qatıqlı maskaların tətbiqi qaydaları:

- Maskanı üzə çəkməzdən qabaq dərini tonik ya da lasyon ilə təmizləyin.

- Maskanı üz, boyun və dekolte nahiyəsinə tətbiq edin. Yaşı biruzə verən nahiyə məhz üçüncü nahiyədir!

- Maskanı davamlı olaraq üz və boyun əzələləri xətti boyunca çəkin.

- Maskanı reseptdə göstərilən vaxtdan artıq saxlamayın.

- İlıq su ilə yumaya başlayıb,soyuq su ilə bitirin.



Qara nöqtələr əleyhinə qatıq maskası.

Bunu hazırlamaq üçün yulaf,buğda və düyü unu,həmçinin,yarım çay qaşığı soda lazımdır. Verilənlərə aparana qədər qatıq süzüb qarışdırın ( maska qatı xama konsistensiyasında olmalıdır) . Maskanı üz dərisnə,əsasən də problemli nahiyələrə çəkin,12-15 dəqiqə qalsın. Bu vaxt ərzində problemli nahiyələri aktiv şəkildə ovxalayın. Yuyun.

Belə maska özündən qabaq buxar vannası tələb edir. Bu,problemli dərini maskadan tam faydalanmaq üçün hazırlayır.

Genəlmiş məsamələr üçün qatıq maskası

Belə maska məsamələri ustalıqla daraldır,dərini təmizləyir. Bunun üçün 1 ç/q bal,1 yumurta ağı və 3 ç/q qatıq lazımdır. Yaxşıca qarışdırıb təmizlənmiş ( üstəlik buxar vannası da qəbul etmiş dəri olsa super effekt olacaq) dəriyə çəkilir. 15 dəqiqədən sonra tövsiyyəyə əməl edərək yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!