Üz təmizlənməsi

Üz təmizlənməsi
Saç və Dəri baxımı
10.09.2017 32
1. Öyrəşdiyiniz qaydada yuyunmaq,saçları yığmaq lazımdır ki,üz tam açıq olsun.

2. Nömrə bir qarışığı hazırlamaq. Bir x\q təraş köpüyünə yarım çay qaşığı soda qatıb yaxşıca qarışdırırıq.

3. Qazanda qaynayan suya bir ovuc quru çobanyastığı çiçəkləri tökürük. Qazanı stol üstdə qoyub ona yaxın oturub baxın,başı da dəsmalla örtün. Bu üz məsamələrini buxar köməyi ilə genəltmək deməkdir. 5-7 dəqiqə kifayətdir.

4. Buxara verilmiş üz dərisinə (dodaq və gözaltı nahiyəni çıxmaq şərti ilə ) qarışığı çəkin.

Hamama gedib isti suyu açın,tünd isti su altında yumşaq (həssas dişlər üçün nəzərdə tutulmuş olsa daha yaxşı) diş fırçasını salın. Xüsusi üz fırçaları da olur amma bununla da kifayətlənmək olar.

Ardınca yumşaq və dinamik şəkildə üzü təmizləyin,əsasən burun –burun böyürlərinə və alın nahiyəsinə intensiv tətbiq edin. Su ilə yuyun.

5. Güzgüyə baxdıqda qara nöqtələrin artıq olmamağı görünür. Məsamələr təmizdir,üz dərisi hamarlaşıb.

6. Nömrə iki qarışığı hazırlamaq. Gil+ miramisitin (xlorgeksidin də olar). Qarışıq sıyığı xatırlamalıdır. Təmiz və nəm dəriyə tətbiq edin. Gözətrafı və dodaq sahəsinin dərisini çıxmaq şərti ilə. 15-20 dəqiqə saxladıqdan sonra yuyun.

7. Qarışıq yuyulduqdan sonra üzü dəsmal ilə silib krem çəkin. Vəssəlam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!