Qışda baş qaldıran dəri problemlərinin 4 həlli

Qışda baş qaldıran dəri problemlərinin 4 həlli
Saç və Dəri baxımı
10.09.2017 17
Sümüklərə kimi dəlib keçən və soyuq külək və şaxta,evdə və ofisdə quru kondisəolunmuş hava-dəri gözəlliyinin tənəzzülünün əsas günahkarlarıdır. Dərinin "qış problemləri”ndən qaçmaq üçün bizim qulluq tövsiyyələrimizə əməl edin.



- Səpkiyə meyilli

Hər axşamüstü dərini dərindən təmizlə. Qabıqlandıran lasyonlar və incə pilinqlər yumşaq şəkildə ölü hüceyrələri uzaqlaşdırır,hansılar ki,məsamələrə dolaraq nəfəsalmanı pozur. Bu vasitələr həssas dərini belə zədələmir,ona görə də müntəzəm istifadəyə yararlıdır. Akne ilə mübarizə aparan vasitələrdən tam imtina etmək lazım deyil,lakin,aşırı dərəcədə də işlətmək olmaz. Onları hər gün yox,günaşırı istifadə et,özü də ki,axşam. Nəmləndirici kremdən qorxmaq lazım deyil! Əsasən də onun tərkibinə günəşdən qoruyan filtrlər daxildirsə,səhər küçəyə çıxmağına 10-15 dəqiqə qalmış ondan istifadə et.



- Həssas dəri

Təmizləyici gel və köpüyü incə ,krem əsaslı bir vasitə ilə əvəz et. Yuyunduqdan sonra sakitləşdirici zərdabı,üstünə də nəmləndirici qoruyucu kremi tətbiq et,hansının ki,teksturası daha qatıdır (yayda istifadə etdiyin kremə nisbətən). Gün ərzində üzünə termal su fısqırt.Çox gözəl başa düşürəm ki,isti duşun altında zövq almaq başqa aləmdir,lakin bu prosedur dərinin nəmliyini oğurlayır. Məlum məsələdir ki,qışda onsuz bir günü də təsəvvür etmək mümkün deyil,çalışın ki,isti suyun altında keçirdilən günlərin sayını minimuma endirəsiniz.



- Solğun

Dərinin parlaqlığını qaytarmağa incə eksfoliasiya kömək edəcək.Bu prosedura mütləq şəkildə həftədə üç dəfə həyata keçirilməli və vitaminlərlə zəngin zərdab ilə təchiz olunmalıdır (dəri rəngi üçün C vitamini çox yaxşıdır).Matlaşdırıcı tonal krem indi sənin üzündə maska kimi görünə bilər,yaxşı olar ki,onu yüngül,tonuslandırıcı effekti olan nəmləndirici əsas ilə əvəz edəsən.



- Ərköyün

Kremli teksturası olan vasitə ilə dərini təmizlə,ardınca T –zonaya mattlaşdırıcı effekli toniki pambıq tamponun köməyi ilə gəzdir.Daha quru nahiyələr üçün nəmləndirici losyondan istifadə et. Yağlı zonalar üçün gialuronlu turşu tərkibli vasitələr,quru nahiyələr üçün isə qliserinli vasitələr tətbiq et.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!