Nəmləndirmək və regenerasiya qabiliyyətini diriltmək üçün pilinq

Nəmləndirmək və regenerasiya qabiliyyətini diriltmək üçün pilinq
Saç və Dəri baxımı
10.09.2017 24
Dəri pilinqini yazda etmək zəruridir. Dərini gözəl və hamar edən kosmetikvasitələr təbii ki kosmetik dükanlarda boldur. Lakin,ev reseptlərinin istifadəsi də qadağan deyil. Sonsuz seçim və müxtəlif çeşidlərlə zəngin olan kosmetika içərisindən zövqünüzə uyğun skrabı seçə bilərsiniz.

Yazda,dərinin qışdan sonrakı regenerasiyasının qayğısına qalırıq. Tezliklə şortlara,qısa donlara və çimərlik paltarına keçəcəyik axı. Bu səbəbdən rəng əlavəli dəri pilinqi və tonirovkası zəruridir.

Pilinq həm də ,müxtəlif kosmetik vasitələri tətbiq etməzdən qabaq həyata keçirilən ideal prosedurdur. Belə ki,pilinqdən sonra dəri qayğıkeş preparatların tərkibində olan faydalı elementləri daha intensive mənimsəyir.

Baş dərisinin pilinqini də unutmayaq,belə ki,saçlarımızın durumu ondan asılıdır. Saçlar üçün olan vitaminlər ilin bu vaxtı çox gərəklidir,demək olar ki,əvəzsizdir.

Nə seçək? Dərinin individual tələblərinə cavab verən oqədər müxtəlif kosmetik vasitələr mövcuddur ki… Kobud pilinq ölü hüceyrələri daha əminliklə uzaqlaşdırır,qan dövranını gücləndirir,dərini sakitləşdirir və regenerasiyasını canlandırır. Lakin,istifadədə həddi aşmaq olmaz,maksimum həftədə iki dəfə pilinq edin.

Zərif üz dərisi üçün ,həmçinin fermentativ maska tövsiyyə olunur,belə ki,pilinq həssas dərini qıcıqlandıra bilər.

Pilinq üçün müxtəlif vasitələri və skrabları apteklərdən də almaq mümkündür. Onları evdə də hazırlayıb epidermisi qabıqlandırmaq olar. Qəhvə skrabı böyük papulyarlıq ilə tanınır,belə ki,o güclü bərkidici və antisellülit effektinə malikdir. Bu ev pilinqi üçün yeganə üsul deyil. Şəkər,qarğıdalı unu,dəniz duzu və s. kimi ərzaqlar da istifadə oluna bilər və olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!