Saçlara qulluq üçün bir neçə məsləhət

Saçlara qulluq üçün bir neçə məsləhət
Saç və Dəri baxımı
10.09.2017 15
Yəqin ki, hamınız balın orqanizmə nə qədər faydalı olduğunu yaxşı bilirsiniz. Bal həm də saça qulluq üçün də yararlıdır. Belə ki, bal saçın  rütubətini  götürmək üçün ən yaxşı vasitədir. Digər tərəfdən, saçınızın yumşaq olmasını istəyirsinizsə, şampununuza bir qaşıq bal əlavə edin və yuyun.



1. Bir qab düyünü iki qab suddə bir gecə saxlayın. Ertəsi gün süzüb, suyunu sprey başlıqlı şüşəyə tökün. Saçınızı qurutmazdan əvvəl bu qarışığı saçınıza püskürdün.



2. Saçınızın parlaq olması üçün şampunla yuduqdan sonra bir qədər alma sirkəsi ilə yaxalayın.



3. 5 ədəd nanəli çay paketini çaydanda dəmləyin. Saçınızı yuduqdan sonra soyuyan nanəli çay ilə yaxalayın. Nanə çox yağlı saçları normallaşdırır.



4. İri və dolğun saçlara sahib olmaq üçün itburnu çayını dəmləyib, zeytun yağı ilə eyni nisbətdə qarışdırın və boş şampun şüşəsində bir gecə saxlayın.

Səhərisi qarışığı saçlarınıza çəkib darayın, 10 dəqiqədən sonra yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!