Saçların ağarmasının qarşısını alan rozmarin maskası

Saçların ağarmasının qarşısını alan rozmarin maskası
Saç və Dəri baxımı
10.09.2017 8
Artıq ağ saçlar yaşlılığın əlaməti deyil. Stress, yorğunluq, yanlış qidalanma və yuxu rejiminin, həmçinin genetik səbəblərdən irəli gələn amillərin təsiri ilə gənc yaşda da saç ağarması ilə üzləşə bilərsiniz. Bir neçə telinizin ağardığını görmüşünüz, ancaq boyatmaq istəmirsinizsə, .



Rozmarin və adaçayı ən çox istifadə edilən şəfalı bitkilərdəndir. Ancaq bu iki bitkinin tərkibindəki maddələr saçların rəngini tündləşdirməyə qadirdir. Ona görə də, boz və ağ saçların rəngini tündələşdirmək üçün bu iki bitkidən istifadə etmək olar.



Bunun üçün iki stəkan suyun içərisinə yarım fincan rozmarin tozu və eyni miqdarda toz halına salınmış adaçayı töküb qaynadın. Qaynadıqdan sonra ocağın altını söndürüb 1-2 saat dəmlənməsini gözləyin. Qarışığı süzün. Saçınızı şampunlayıb yuduqdan sonra rozmarin və adaçayı suyu ilə durulayın. 15-20 dəqiqə sonra saçınızı təkrar təmiz su ilə yuyun.



Həftədə iki dəfə bunu təkrarlasanız, saçlarınızdakı ağlar artıq sizi narahat etməyəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!